Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnsanabənzər robot 19 dildə danışmağı öyrənib

Simsar.az xəbər verir ki, “Aldebaran Robotics” şirkəti tərəfindən hazırlanan insanabənzər “NAO” robotu indi “Nuance Communication” şirkətinin nitqin tanınması “bulud” sisteminə qoşula bilir. 

Bu, robota ona edilən müraciətləri başa düşməyə və indiyədək danışdığı 8 dilin sayını 19-a çatdırmağa imkan verir.

Konfiqurasiyasından asılı olaraq qiyməti 4-16 min dollar olacaq robotların gələn ilin əvvəlində satışa çıxarılması planlaşdırılır. Lakin “NAO”-nu yalnız təhsil və tədqiqat müəssisələri ala biləcək.

Boyu təxminən 58 sm olan “NAO” robotu müxtəlif yerlərdə gəzə, insan sifətlərini və obyektləri tanıya, eləcə də onların yerdəyişməsini izləyə, emosiyalar ifadə edə və toxunuşa reaksiya verə bilir. Bundan başqa, robot yıxılma zamanı əlləri üstdə qalxa da bilir.

Robot 2 videokamera, 4 mikrofon, 1 ultrasəsli məsafəölçən, 2 infraqırmızı qəbuledici və şüalandırıcı, 1 inersiyalı hiqrometr və akselerometr, 9 takt ötürücü və 8 təzyiq vericisi ilə təchiz olunub.
“NAO” 1,6 giqahers takt tezlikli “Intel Atom” prosessoru və “Linux” əməliyyat sistemi ilə işləyir. Şirkət robotun proqramlaşdırılması üçün vəsaitlər dəsti təklif edir, - "Computerworld” belə yazır.

Aynur






1 Noyabr, 2013  14:50 Baxılıb: 1138 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner