Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Amerikada hələ də köhnə kompüterlərdən istifadə edilir

Ən az istifadə müddəti ötmüş kompüterlərdən Hindistanda istifadə edilir

Simsar.az xəbər verir ki, bir sıra ölkələrdə kiçik müəssisələrin 36 faizindən çoxu işdə istifadə müddəti 4 ili ötmüş fərdi kompüterlərdən istifadə edir. Bu barədə “Intel” şirkətinin tədqiqatında deyilir.

Tədqiqat əməkdaş sayı 100 nəfərədək olan 736 şirkətdə sorğunun keçirilməsi yolu ilə aparılmaqla “Intel”in sifarişi ilə “Techaisle” şirkəti tərəfindən Braziliya, Çin, Almaniya, Hindistan, Rusiya və ABŞ-da keçirilib.

Tədqiqatın nəticələrinə əsasən, şirkətlər istifadə müddəti 4 ili ötmüş fərdi kompüterlərin təmirinə orta hesabla 427 dollar xərcləyir ki, bu da nisbətən yeni modellərin təmiri və onlara göstərilən xidmətdən 1,3 dəfə çoxdur.

Köhnə kompüterləri şirkətlər 1,5 dəfə daha çox təmir etmək və xidmət göstərmək məcburiyyətindədir. Bundan başqa, rəyi soruşulanların 47 faizi “Windows XP” əməliyyat sisteminin “Microsoft” korporasiyası tərəfindən 8 aprel 2014-cü il tarixindən dəstəklənməsinin dayandırılması barədə məlumatsız olub.

İstifadə müddəti 5 ili ötmüş kompüterlərdən istifadə edən daha çox müəssisə ABŞ-da (8 faiz), daha az isə Hindistandadır (1 faiz).

Sorğuda iştirak edən ölkələrdə bu göstərici orta hesabla 5 faiz təşkil edir.

Aynur Bayramova







31 Oktyabr, 2013  10:33 Baxılıb: 982 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner