Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Facebook şəxsiyyəti təsdiq edən sənəd istədi

Facebook istifadəçiləri blok edib şəxsiyyət təsdiq edən sənədi tələb etməyə başlayıb.

Facebook sosial şəbəkəsi bir neçə istifadəçinin səhifəsini blok edib və onlardan şəxsiyyəti təsdiq edən sənədlərin şəklini göndərmələrini tələb edib. Hələ ki, bu tələb ancaq ABŞ-da olan istifadəçilərdə olub. Şəxsiyyət təsdiq edən sənəd tələb etdikdə Facebook pasport yaxud sürücülük vəsiqəsini nəzərdə tutub. Maraqlısı odur ki, istifadəçilərin səhifələrinin blok edilməsi səbəbi Facebook tərəfindən bildirilmir. Rusiya və başqa dövlətlərdən olan istifadəçilərdən bununla bağlı hələki bir şikayət olmayıb. Bəzi istifadəçilər buna şübhə ilə yanaşırlar. Onlar düşünürlər ki, bunu sosial şəbəkə yox onların səhifələrini qıran hakerlər edir. Facebook sosial şəbəkəsinin ABŞ kəşfiyyat orqanlarına kömək etməsi haqda xəbərlər yayıldıqdan sonra istifadəçilər şikayət etməyə başlayıblar.

Xatırladaq ki, bundan öncə cari ilin yanvar ayında da belə bir hadisə baş vermişdi. Facebook şəxsiyyət təsdiq edən sənəd tələb etmişdi. Lakin Facebook administrasiyası buna səbəb kimi bəzi istifadəçilərin saxta məlumat verməsi və 13 yaşına çatmaması ilə bağlamışdı.


Mələk Abbaszadə






30 Oktyabr, 2013  10:15 Baxılıb: 998 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner