Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Yahoo!” şirkəti “Microsoft” ilə əməkdaşlığı bitirdi

ş

Simsar.az xəbər verir ki, “Yahoo!” şirkəti yeni baş direktor Marissa Mayerin rəhbərliyi ilə “Microsoft” korporasiyası ilə axtarış sistemi sahəsində əməkdaşlıq üzrə əvvəllər əldə olunan razılığı pozub və bu, tərəflər arasında məhkəmə dinləmələri ilə nəticələnib.

“Yahoo!” saytları tərəfindən “Microsoft” korporasiyasının “Google” şirkətinə qarşı yönələn “Bing” axtarış sistemi texnologiyasında istifadəyə dair onillik saziş tərəflər arasında 2010-cu ildə imzalanıb. Hazırda “Yahoo!” biznes apardığı 16 beynəlxalq bazarın 14-də “Microsoft”un texnologiyasından istifadə edir. Sazişin şərtlərinə əsasən, oktyabrda “Yahoo!” qalan 2 bazarda – Honkonq və Tayvanda “Microsoft”un texnologiyasından istifadəyə keçməli idi, lakin şirkət yaxın rübdə bunun baş verməyəcəyini bəyan edib. 
Xatırladaq ki, “Microsoft” rəhbəri Stiv Balmer vəzifəsini tərk edir. Marissa Mayer “Microsoft”un yeni rəhbəri ilə danışıqlar aparmayanadək axtarış sistemini tətbiq etməkdən imtina edir. M.Mayerin fikrincə, “Microsoft” ilə hazırkı formada əməkdaşlıq digər şirkətlər ilə olan əməkdaşlıq kimi xeyir gətirmir.

Bununla belə, məhkəmə “Microsoft”un iddiasını təmin edib və buna görə “Yahoo!” imzalanmış sazişi tam yerinə yetirmək məcburiyyətindədir. Qeyd etmək lazımdır ki, “Microsoft” və “Yahoo!”nun axtarış sistemləri ikisi birlikdə belə, “Google” axtarış sistemindən xeyli geri qalır. Belə ki, “Google”un bazar payı 67 faiz, “Yahoo!” və “Microsoft”un müvafiq olaraq 11,3 və 17,9 faiz təşkil edir.

Aynur Bayramova






24 Oktyabr, 2013  08:38 Baxılıb: 904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner