Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mobil bazarı yenə liderdir

1

“J’son & Partners Consulting” şirkəti mobil əlavələr sahəsində telekommunikasiya operatorlarının strategiyası üzrə tədqiqatın nəticələrini təqdim edib. Simsar.az Rabitə Nazirliyinin saytına istinadən xəbər verir ki, aparılan araşdırmalara əsasən, dünyanın mobil rabitə operatorlarında səsli rabitə və SMS/MMS-dən əldə olunan gəlirin azalması müşahidə olunur. Buna səbəb operatorlar arasında rəqabət və abunəçilər tərəfindən kommunikasiya xidmətlərindən istifadə modelinin dəyişməsidir.

Hazırda mobil əlavələr populyarlığının ən yüksək həddinə çatıb, eləcə də mobil əlavə tərtibatçılarının, istifadəsi mümkün olan əlavələrin və onların yüklənməsi sayı artır. Getdikcə daha çox şirkət öz sahəsində uğur qazanmağa və rəqiblərini ötməyə kömək edəcək əlavələrin hazırlanmasına maraq göstərir. Əvvəllər mobil əlavələr bazarı mobil kontent seqmenti idisə, hazırda o, ayrıca istiqamət kimi fəaliyyət göstərir.

Mobil əlavələr bazarının əsas oyunçuları “AppStore”, “Google Play”, “Windows Phone Store”, “BlackBerry App World”, “Nokia Ovi Store”, “Samsung Apps” və digər mağazalardır.

Mobil əlavələr bazarı 2008-ci ildə təşəkkül tapmağa başlayıb. Əlavələrin yayılması üçün innovasiya modelini işə salan ilk şirkət “Apple” olub. Nəticədə “Google” şirkəti bu bazara çıxaraq “Apple”a ciddi rəqibə çevrilib. Əvvəlcə mobil kontenti “VAS” modeli üzrə yayan mobil rabitə operatorları yeni əməliyyat sistemlərinin yaranması ilə bazarda öz rolunu dəyişib.

Proqnozlara görə, 2013-cü ilin sonunadək mobil əlavələr bazarının həcmi 16,3 milyard dollar təşkil edəcək, 2016-cı ildə isə bu göstərici 65,8 milyard dollara çatacaq.

Aynur Bayramova






11 Oktyabr, 2013  09:29 Baxılıb: 1035 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner