Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“BlackBerry” məhkəməyə verildi

Simsar.az xəbər verir ki, Kanadanın “BlackBerry” smartfon istehsalçısının səhmdarı Marvin Pirlstayn şirkəti Nyu-York məhkəməsinə verib

Təqdim olunan iddiaya əsasən, “BlackBerry” rəhbərliyi investorlara şirkətin istehsal etdiyi məhsulların bazar perspektivləri ilə bağlı düzgün proqnoz verməməkdə təqsirli bilinir.

M.Pirlstayn bildirib edib ki, 2012-ci ilin sentyabrın 27-də “BlackBerry”nin qiymətli kağızlarını alan səhmdarların maraqlarını qorumağa çalışır. Səhmdarın sözlərinə görə, cari ilin sentyabrın 20-də aktivlərin dəyərinin 930-960 milyon dollar aşağı düşməsi məlum olub. Məhkəməyə təqdim edilən iddia ərizəsində qeyd edildiyinə görə, bu, “BlackBerry 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara tələbatın az olması səbəbindən baş verib.

M.Pirlstaynın sözlərinə görə, Kanada şirkətinin rəhbərliyi əksinə, bəyan edib ki, bu smartfonlar ekspertlər tərəfindən müsbət qiymətləndirilib və alıcılar tərəfindən rəğbətlə qarşılacanacaq. “Əslində isə “BlackBerry 10” sistemli qurğular bazarda özünü doğrultmayıb və şirkət təxminən 4,5 min əməkdaşı – heyətin 40 faizini məcburi ezamiyyətə göndərməli olub”, - ərizədə vurğulanır.

Aynur Bayramova






5 Oktyabr, 2013  11:48 Baxılıb: 1007 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner