Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Misir "inqilabı" - Yaxın Şərqdə yeni rəqabət

Ərəb dünyasının siyasi baxımdan aparıcı qüvvəsi olan Misirdə hakimiyətin devrilməsinə yönəlmiş etiraz aksiyaları prezident Hüsni Mübarəkin istefası ilə nəticələndi.

İstefadan bir gün əvvəl eks-prezident Mübarək Misir milli televiziyasi ilə ölkə əhalisinə xarici qüvvələrə boyun əyərək istefa etməyəcəyini bildirmişdi.

Bir çoxları Mübarəkin istefasından sonra Misirdə radikal islamçıların hakimiyyətə gələcəyini ehtimal etsələr də, hakimiyyətə nə islamçılar, nə də liberal müxalifət gəldi.

Əslində hakimiyyəti ələ almağa şansları olan, lakin nədənsə bunu etməyən "Müsəlman qardaşlar" təşkilatı Mübarəkin istefasını hərbi çevriliş kimi qiymətləndirdi.

Hüsni Mübarəkin istefası ölkədə demokratiyanın zəfəri kimi dəyərləndirilsə də, heç şübhəsiz, bu hadisələrdə Avropanın, Birləşmiş Ştatların və hadisələri daha yaxından izləyən Türkiyənin öz maraqları var.

Məhz bu səbəbdən də Qahirədə baş verən hadisələrin fonunda bir çox Qərb dövlətləri və Birləşmiş Ştatlar Misirdə demokratik islahatların labüdlüyünü vurğulayaraq, prezident Hüsni Mübarəki daha ciddi addımlar ataraq hakimiyyətdən getməyə çağırırdılar.

Maraqlıdır, nə üçün bir vaxtlar Mübarək hakimiyyətini dəstəkləyən ABŞ birinci Körfəz müharibəsində İraqa qarşı müttəfiqi olan Mübarəkin hakimiyyətdən getməsini əvvəllər deyil, indi qabarıq şəkildə dilə gətirdi.

Yaxın Şərqdə və İslam dünyasında baş verən dəyişiklər nəzər salınsa, bunun nədən qaynaqlandığını aydın şəkildə görmək olar.

2002-ci ildə ABŞ-ın və İsrailin ən sadiq müttəfiqi olan Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsi və daha sonra hakimiyyətin, ölkənin siyasi həyatında aparıcı yol oynayan hərbiçilərin siyasi arenadan uzaqlaşdrılması "yaşıl zolaq"da dirçəlişin başlanğıcı kimi qiymətləndirildi.

Hakimiyyətə gəldiyi gündən AKP siyasi və iqtisadi baxımdan ərəb dünyası və xüsusən də İranla yaxınlaşmağa başladı. Şübhəsiz bu, regionda siyasi, iqtisadi və hərbi maraqları olan Birləşmiş Ştatların diqqətindən qaça bilməzdi. Lakin bölgədə güclənən Türkiyənin siyasi kursunu dəyişmək də bir o qədər asan deyildi.

Məhz bu səbədən ABŞ-a Yaxın Şərqdə siyasi kursu və hərbi gücü ilə Türkiyəyə nativ ola biləcək müsəlman dövləti lazım idi. Ən ideal variant isə digər ərəb dövlətlərindən fərqlənən, İsrail ilə normal münasibətlərə sahib və İranla diplomatik əlaqələri olmayan Misirdir.

Hər nə qədər gözlənilməz olsa da, ABŞ-ın Kolorado ştatının hakim partiyadan olan senatoru Mark Udall Qahirə hadisələrinə münasibət bildirərkən, Misirin bir Atatürkə ehtiyacı olduğunu dedi.

Mark Udall "Türk ordusunun Misir ordusuna nümunə olacağını hesab edirəm", - deyə bildirdi.

Misirdə hakimiyyətə gələn, ölkədə stabilliyin qarantı hesab edilən hərbiçilərin vəzifədən tez zamanda gedəcəyi isə inandırıci deyil.

Hakimiyyətində hələ uzun zaman hərbiçilərin olacağı Misir Qahirə - Tel-Əviv münasibətlərini dəyişməyəcək.

Hüsni Mübarəkin istefası, ölkənin müdafiə naziri Məhəmməd Hüseyn Tantavinin hakimiyyətə gəlməsi anoloji hadisələrin digər ərəb ölkələrində təkrarlanacağını və Yaxın Şəqrdə yeni bir dövrun başlamasına təkan olacağını söyləməyə əsas verir.

Oxşar hadisələrin tez bir zamanda siyasi cəhətdən bir o qədər də stabil olmayan, terror təhlükəsi və İranın təsiri ilə üzə -üzə qalan Yəməndə də baş verəcəyi istisna edilmir.

Təbii ki, bu dəfə də Birləşmiş Ştatlar İraqda olduğu kimi, "azadlıq" və "demokratiya" şüarı ilə İrana bir az da yaxın olmaq üçün Yəmənə hər cür müdaxilə edəcəklər.

Əgər Mübarəkin istefasına qədər Yaxın Şərqdə və İslam dünyasında rəqabət Tehran və Ankara arasında idisə, istefadan sonra bu rəqabətə Misir də qoşulacaq.






13 Fevral, 2011  04:05 Baxılıb: 2548 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner