Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Beynalxalq müsabiqədə iştirak edə bilər

Azərbaycanın İKT təşkilatları və şirkətləri BTİ-nin elan etdiyi müsabiqədə iştirak edə bilərlər

Simsar.az xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti çərçivəsində “Layihə Prizləri-2014” müsabiqəsinin başlandığını elan edib. Azərbaycanın İKT təşkilatları və şirkətləri də sözügedən müsabiqədə iştirak edə bilərlər. Məlum olduğu kimi, bu müsabiqə “(WSIS”)-in yerinə yetirilməsi üzrə nəticələrin, nailiyyətlərin nümayişi, tanınması üçün unikal layihədir. 2014-cü ilin 13 aprelinə qədər davam edəcək müsabiqə 4 mərhələdən ibarətdir. Müsabiqənin sonunda “WSIS” üzrə müəyyənləşən 18 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq və mükafatlar “WSIS+10” yüksəksəviyyəli tədbirdə təqdim ediləcək. Müsabiqənin əsas hədəfi hər kəsə, maraqlı tərəflərə İKT sahəsində bacarıqlarını, nailiyyətlərini nümayiş etdirmək, uğurlu təcrübələrini paylaşa bilmək, həmçinin öz potensiallarını reallaşdırmaq imkanı vermək üçün platforma yaratmaq, bununla İKT sahəsində davamlı inkişafı sürətlənir. Müsabiqə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin fəaliyyəti ilə bağlı Cenevrə İş Planında ifadə edilən 18 kateqoriyanı özündə ehtiva edir. Belə ki, burada müvafiq istiqamətlərin inkişafında dövlət idarəçiliyi orqanları və bütün əlaqədar tərəflərin rolu və dəstəyi əsas götürülür.

Beləliklə, ilk mərhələ - layihələrin qəbulu noyabrın 1-də Cenevrə vaxtı ilə saat 23:00-da başa çatır. 15 noyabr-16 dekabrı əhatə edən ikinci mərhələdə layihələr ekspertlər qrupuna təqdim ediləcək. Ekspertlər qrupu İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin qərarlarının həlli və icrasında iştirak edən mütəxəssislərdən ibarət olacaq. Üçüncü mərhələdə - 16 dekabr-15 fevral 2014-cü ildə ictimai - onlayn səsvermə keçiriləcək və bu mərhələdə son səs yenə də Cenevrə vaxtı ilə saat 23:00-da qəbul ediləcək. Nəhayət, dördüncü mərhələnin -yüksəksəviyyəli mükafatlandırma mərasiminin 13 aprel 2014-cü ildə keçirilməsi planlaşdırılır.

Aynur Bayramova







26 Sentyabr, 2013  09:52 Baxılıb: 997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner