Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Apple” üçün yeni era başlanacaq

;

“Apple” “iPhone” smartfonlarının Yaponiyada satışını genişləndirəcək. Simsar.az xəbər verir ki, ABŞ-ın elektronika istehsalçısı “Apple” şirkəti Yaponiyanın nəhəng mobil operatoru “NTT DoCoMo” şirkəti ilə “iPhone” smartfonlarının bu ölkədə satışı ilə bağlı saziş imzalayacaq. Bununla da “Apple” tərəfdaşları sırasına Yaponiyanın son nəhəng operatorunu əlavə etmiş olacaq. Hazırda ABŞ istehsalçısı “SoftBank” və “KDDI” şirkətləri ilə saziş bağlayıb.
“Apple”ın hələlik Asiyada razılığa gələ bilmədiyi yeganə operator abunəçi bazası 700 milyon nəfəri ötən Çinin "China Mobile” şirkətidir. Bu şirkətin abunəçilərinin sayı ABŞ və Qərbi Avropada yaşayan abunəçilərin ümumi sayından çoxdur.
“DoCoMo”nun dəstəyini qazanan “Apple” şirkəti “iPhone” və “iPad” modellərinin satış və mənfəətinin zəifləməsi fonunda vacib tərəfdaş əldə edir. Bundan başqa, şirkət Yaponiyanın paytaxtında “Apple Store” mağazasını da açmaq niyyətindədir. Son belə satış nöqtəsi Yaponiyada 2005-ci ildə açılıb.
“Credit Suisse Group AG” şirkətinin analitiki Hitosi Hayakavanın fikrincə, “Apple”ın Yaponiyada fəallığı ölkəyə hazırda bazar payı 40 faiz təşkil edən smartfonların nüfuz etməsini artıracaq.
“Apple” üçün 29 iyun 2013-cü ildə başa çatan üçüncü maliyyə rübündə şirkətin satış həcmi 35,3 milyard dollar təşkil edib ki, bunun da 2,54 milyard dolları Yaponiya bazarında aparılan işin nəticəsində əldə olunub.

Aynur Bayramova






9 Sentyabr, 2013  17:35 Baxılıb: 1117 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner