Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Lisenziyasız fayllar yükləyənlərin nəzərinə

Böyük Britaniyada lisenziyasız faylları yükləyən istifadəçilərin məlumat bazası tərtib olunur

Böyük Britaniyanın nəhəng “BT”, “Virgin Media”, “BSkyB” və “TalkTalk” provayder şirkətləri müəllif hüququna malik şəxslərdən internetdən film, musiqi, və kitablar daxil olmaqla lisenziyasız yükləmələr haqqında məlumatların toplanması sisteminə könüllü qoşulmaq üçün təklif alıblar. “BPI” və “British Video Association” təşkilatları ilə bu mövzu ilə bağlı danışıqlar artıq neçə aydır davam edir.

Gələcəkdə toplanmış məlumat bazası cərimələrin və ya digər sanksiyaların tətbiq olunması üçün istifadə edilə bilər. Hazırda bunun üçün hüquqi əsas mövcud deyil. Müəllif hüququna malik şəxslər yalnız istifadəçiyə onlara məxsus İP-ünvanından qanunsuz kontentin yüklənməsinə dair bildiriş göndərə bilərlər. Provayder razılıq versə, istifadəçinin interneti 3 belə bildiriş aldıqdan sonra söndürülə bilər.

2012-ci ilin noyabrından 2013-cü ilin yanvarınadək Böyük Britaniya vətəndaşları internetdən 280 milyona yaxın pirat mahnı, 52 milyon serial epizodu, 29 milyon film, 18 milyon elektron kitab, 7 milyon kompüter proqramı və oyunlar yükləyiblər.

Aynur Bayramova






4 Sentyabr, 2013  18:17 Baxılıb: 1377 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner