Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Google” 15 yaşında

1

Simsar.az xəbər verir ki, nəhəng internet axtarış sistemi “Google” şirkəti bu gün qeydiyyata alınmasının 15 illiyini qeyd edir. Şirkət 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatının Menlo-Park şəhərində Stenford Universitetində tanış olan Sergey Brin və Lari Peyc tərəfindən qeydiyyatdan keçirilib.
Artıq 1996-cı ildə onlar tədris layihəsi kimi sonradan “Google” sisteminin əsasını təşkil edəcək “BackRub” adlı axtarış sistemi texnologiyasını yaradıblar. “Google” adı 100 sıfırlı rəqəmi bildirən "googol" riyazi terminin dəyişdirilmiş variantından götürülüb.

Şirkətin ilk investoru proqram və aparat təminatı istehsalçısı, 2010-cu ildə fəaliyyətini dayandıran “Sun Microsystems” şirkətinin həmtəsisçisi Endi Behtolşteym hesab edilə bilər. Belə ki, o, hələ mövcud olmayan şirkətə 100 min dollar məbləğində investisiya yatırıb.
“google.com” domeni yalnız 15 sentyabr 1997-ci ildə qeydiyyatdan keçib.

Hazırda “Google” dünyada verilənlərin emalı mərkəzlərində 1 milyondan çox serveri idarə edir və hər gün 1 milyarddan çox axtarış sorğusunu və 24 petabayt istifadəçi məlumatını emal edir.

Aynur Bayramova






4 Sentyabr, 2013  17:38 Baxılıb: 1102 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner