Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Böyük Səlçuq hökmdarının anım günü

Türk-İslam dünyasının ən görkəmli şəxsiyyətlərindən olan Səlcuqlu hökmdarı Sultan Toğrul cümə axşamı günü, 4 sentyabr 1063-cü ildə 70 yaşında vəfat edib

Toğrul bəy Mikayıl bəy oğlu 987-ci ildə anadan olub. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edib. Çağrı bəyin ölümündən sonra onun qardaşı Toğrul bəy sultan elan edilib. Bir ildən sonra onun adı həkk olunmuş pullar dövriyyəyə buraxılıb. Paytaxt Nişapurdan Reyə köçürülüb. Nişapurdan şərqdəki torpaqların idarəçiliyi Çağrı bəyə tapşırıldı. Cürcan və Kuhistanın idarəsi Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğluna həvalə olunurdu. Herat, Buşənc, Sicstan və Qurlar ölkəsini idarə etmək sultan Toğrulun əmisioğlu Əbu Əli əl-Həsənə (Səlcuq bəyin oğlu Musanın övladı) tapşırılıb. 8 iyul 1046 -cı ildə Abxaz çarı Liparitin başçılıq etdiyi erməni – gürcü - Bizansın birləşmiş qüvvələrinin mühasirəyə aldığı Gəncəyə gələn Səlcuqlu ordusu xaçlıları geri oturtdu. Erməni tarixçisi Urfalı Meteosun yazdığı kimi "müsəlmanlar sayı hesabı bilinməyən xaçlı ordusundan 150 minini qılıncdan keçirdi". 1054- cü ildə Sultan Toğrul İran sülaləsi olan Buveyhilər tərəfindən sıxışdırılan xəlifə əl-Qaimin xahişilə Bağdad şəhərinə daxil oldu. Bağdad minarələrindən çəkilən əzanlarda Misirdəki şiə Fatimilərin deyil, yenidən Abbasi xəlifələrinin və Səlcuq sultanının adına xütbə oxunmasına başlanıldı. "Bütün ərəb əmirləri Sultan Toğrulun əlini öpmək üçün onun yanına gəldilər". Xəlifənin qızı Səidə ən-Nisə ilə evlənən Sultan Toğrul 17 fevral 1063- cü ildə Təbrizdə təntənəli toy məclisi təşkil etdi.
Türk-İslam dünyasının ən görkəmli şəxsiyyətlərindən olan Səlcuqlu sultanı Toğrul cümə axşamı günü, 4 sentyabr 1063-cü ildə 70 yaşında vəfat edib. Vəzir Həmid əl- Mülk əl-Qundurinin dediyinə görə Sultan Toğrul ona belə bir əhvalat danışmışdı: "Xorasanda fəaliyyətə başladığım ilk illərdə yuxumda gördüm ki, məni xoş iy verən dumanlı bir yerə qaldırdılar və qeybdən bir səs eşitdim: "Bizdən bir şey istə! Dediyin yerinə yetəcək". Mən dedim ki, uzun ömür istəyirəm. Mənə cavab verdilər ki, sən 70 il yaşayacaqsan".
Müasirlərinin yazdığına görə Sultan Toğrul cəsur, səbrli, geniş qəlbə malik bir insan idi. Dəbdəbəli geyinməyi sevməzdi. Ürəyində Uca Allaha dərin inam var idi. Bir dəfə də olsun Cümə namazından qalmır, bazar ertəsi və cümə axşamları oruc tuturdu. Pul toplamağı və nahaq qan tökülməsini istəməzdi. Nəzir verməkdə, xüsusilə məscid tikdirməkdə comərd idi. Belə bir ifadəsi məşhurdur: "Əgər mən tikdirdiyim evin yanında ondan uca məscid tikdirməsəm, Allahın qarşısında nə cavab verərəm!".
Toğrul bəy Çağrı bəyin oğlu Yakuta Anadoluya aramsız olaraq hücumlar etməsini və orada türklərin yerləşdirilməsi vəzifəsini tapşırmışdı. Bundan narahat olan xəlifə Qaimbiəmrillah Toğrul bəyin yanına elçi göndərdi və xahiş etdi ki, onlardan əvvəl İraqa gələn və sonralar İraq türkmənləri kimi tanınan oğuzlarla Toğrul bəylə birgə gələn oğuzların bölgədə yerləşməsinin qarşısını alsın. Toğrul bəy isə xəlifənin elçisinə: "Əsgərlərimin sayı çoxdur, əlimizdə olan torpaqlar onlar üçün kifayət etmir", - dedi. Zəfərlər dalınca zəfərlər qazanan Toğrul bəy 1058-ci il yanvar ayının 25-də Bağdadda böyük təntənə ilə Şərqin və Qərbin hökmdarı elan edildi. Səlcuqlu dövlətinin ilk sultanı olan Toğrul bəy 1062-ci ildə Reyə doğru hərəkət etdi və burada böyük təntənə ilə qarşılandı. Amma o, Reyə gələrkən yolda xəstələnmişdi. Toğrul bəy bu xəstəlikdən sağalaraq bir daha ayağa qalxa bilmədi və 1063-cü il, 4 sentyabr tarixində vəfat etdi. Toğrul bəyin ölümündən sonra onun yerinə Alparslanın ögey qardaşı Süleyman taxta çıxarıldı. Çünki Toğrul bəyin övladı yox idi. Süleyman bəyin taxta çıxarılmasını Toğrul bəyin əmisi Arslan Yabqunun oğlu Kutalmış bəy də müdafiə edirdi. Amma taxta çıxarılan Süleyman bəy gənc idi. Onun dövləti idarə etmək və döyüş təcrübəsi yox idi. Toğrul bəyin ətrafında onunla birlikdə döyüşlərdə qəhrəmanlıq göstərən silahdaşları və sərkərdələr, həmçinin digər adlı-sanlı türk bəyləri Süleymanın taxta çıxarılmasından narazı qalmışdılar.






4 Sentyabr, 2013  14:13 Baxılıb: 2051 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner