Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Alimlər yeni xəritə hazırlayıblar

.

Böyük Britaniya və ABŞ alimləri qlobal kəşflər və texnologiyalar xəritəsi yaradıblar. Simsar.az xəbər verir ki, xəritənin köməyi ilə texnikanın hansı sahəsinin daha çox inkişaf edib etməməsini, ölkələr və korporasiyaların hansı sahədə ixtisaslaşmasını müəyyən etmək mümkündür.
Kaliforniya Universitetinin mütəxəssisi Luçiano Key və onun həmkarları hər bir kəşfi xəritədə nöqtə kimi göstəriblər. Onlar bunun üçün Avropa Patentlər Bazasının 2000-2006-cı illərdə rəsmən tanınmış 760 min kəşflə bağlı məlumatından istifadə ediblər.
Alimlər qrafik baxımdan kəşflər arasındakı əlaqəni müəyyən etmək üçün patentdə digər patentə istinadın göstərilməsini əsas gətirərək onlar arasında əlaqənin mövcudluğunu qeyd ediblər. Bundan başqa müxtəlif texnoloji “qitələr” arasında məsafənin onlar arasındakı əlaqələrdən asılı olduğu müəyyən edilib.
Beləliklə, gözlə görünə bilən texnoloji xəritə əldə edilib. Burada onların bir-birindən nə qədər uzaqda yerləşməsini açıq-aydın müşahidə etmək olar.
Alimlər xəritəni bir neçə dəfə sınaqdan keçirərək “Samsung”, “DuPont” və “IBM” kimi nəhəng şirkətlərin “patent landşaftı”nın, eləcə də müəyyən texnologiyanın şəbəkə əlaqəsinin necə görünməsini nümayiş etdiriblər.

Aynur Bayramova






3 Sentyabr, 2013  21:06 Baxılıb: 1637 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner