Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mobil qeydiyyat ciddiləşdi

.

Simsar.az xəbər verir ki, payızdan etibarən Çinin bütün mobil rabitə abunəçiləri real adlarından istifadə edərək mütləq qeydiyyatdan keçməlidirlər, əks halda onlar bu rabitənin xidmətlərindən yararlana bilməyəcəklər.
Simsar.az-ın məlumatına görə, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin qərarına əsasən, sentyabrın 1-dən etibarən bütün yeni mobil telefon sahibləri və provayderini və ya xidmətlər paketini dəyişmək istəyənlər həqiqi adları ilə qeydiyyatdan keçməli və özləri haqqında düzgün məlumat təqdim etməlidirlər.
Nazirlik həmçinin xəbərdarlıq edib ki, mobil rabitə operatorları yeni identifikasiya siyasətinə əməl etməsə, onlar 10-30 min yuan (1636 – 4910 dollar) cərimə olunacaqlar.
Çində 3 mobil rabitə operatoru – “ChinaMobile”, “ChinaUnicom” və “Telecom” şirkətləri fəaliyyət göstərir. Onlar artıq qeydiyyatdan keçməyən abunəçilərinə müraciət edərək bunu etməyi xahiş ediblər. Abunəçilərə onların məlumatlarının məxfi saxlanılması barədə söz verilib. Əvvəllər sənəd təqdim etmədən SİM kart satan fərdi agentlər indi tez bir zamanda mallarını realizə etmək məcburiyyətində qalıblar.

Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, cari ilin iyul ayının sonuna olan vəziyyətə görə, Çində mobil abunəçilərin sayı 1,185 milyard nəfər təşkil edib,

Aysel Kərimova






3 Sentyabr, 2013  14:16 Baxılıb: 1014 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner