Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MSK-nın 6 yeni xidməti “Elektron hökumət”ə qoşuldu

ю

Simsar.az xəbər verir ki, dövlət qurumlarının “Elektron hökumət” portalı üzərindən əhaliyə təqdim etdikləri elektron xidmətlərin sayı artmaqdadır. Artıq Mərkəzi Seçki Komissiyasının (MSK) altı xidməti də “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya edilib. Bu xidmətlərə “Ad, soyad və ata adı üzrə dairə və məntəqələrin axtarışı”, “Dairə və məntəqə ünvanlarının axtarışı”, “Dairə və məntəqələrin xəritə üzrə axtarışı”,“Onlayn müraciət”, “Seçici siyahısı üçün məlumatların daxil edilməsi”, “Seçici ünvanına görə dairə və məntəqənin axtarışı” daxildir.

MSK-nın sözügedən elektron xidmətlərini seçdikdə hər bir portal istifadəçisi tələb olunan məlumatları daxil etməklə ad, soyad, və ata adı üzrə dairə və məntəqələrin, dairə və məntəqələrin ünvanlarının, seçici ünvanına görə dairə və məntəqənin, dairə və məntəqələrin xəritə üzrə axtarışlarını və seçici siyahısı üçün məlumatları əldə etməklə yanaşı, həmçinin onlayn müraciətlərini göndərə bilər.

Xidmətlərdən istifadə üçün linkə daxil olmaq və müvafiq xidməti seçmək lazımdır.

Aynur Bayramova 






2 Sentyabr, 2013  14:58 Baxılıb: 1050 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner