Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Facebook yenə lider olacaq

1

Dünyanın nəhəng sosial şəbəkəsi olan “Facebook” bu ilin yekunları üzrə qlobal mobil reklam bazarında payını 2012-ci ildəki 5,35 faiz ilə müqayisədə 15,8 faizədək - təxminən 3 dəfə artıra biləcək. Bu barədə “eMarketer” şirkətinin analitikləri proqnoz veriblər. Simsar.az-ın məlumatın görə, istifadəçilərin tədricən mobil qurğulara keçməsi ilə eyni vaxtda mobil servisləri kommersiyalaşdıran “Facebook” mobil reklam bazarında payını kəskin artırmağa nail olub, - sosial şəbəkənin bu göstərici üzrə proqnozunu 12,9 faizdən 15,8 faizədək artıran ekspertlər bildirib. Mobil reklam bazarında payın xeyli hissəsinə – təxminən 53,2 faizinə ilin yekunları üzrə “Google” şirkəti sahib çıxacaq. Axtarış sisteminin göstəricisi 1 faizə yaxın artacaq, halbuki ötən il bu göstərici 52,36 faiz qiymətləndirilib. Bu seqmentdə “Google”un uğuru mobil qurğularda axtarışdan aktiv istifadə, eləcə də “YouTube” məhsullarının kommersiyalaşdırılması ilə əlaqədardır. “eMarketer”in proqnozuna əsasən, dünya mobil reklam bazarı bu il 89 faiz - 16,65 milyard dollaradək artacaq ki, bunun da 8,85 milyardı “Google”un, 2,63 milyardı “Facebook”un payına düşəcək. Analitiklərin proqnozuna görə, ümumilikdə dünya onlayn reklam bazarının həcmi 2013-cü ilin yekunları üzrə 13 faiz artaraq 117,6 milyard dollar təşkil edəcək. Bu seqmentdə də lider 33 faiz və ya 38,6 milyard dollarlıq payla “Google” qalacaq, “Facebook” isə payını 5,5 faizədək və ya 6,36 milyard dollaradək genişləndirəcək. Reklam gəlirlərinin həcminə görə üçüncü və dördüncü yerləri müvafiq olaraq “Yahoo!” (2,97 faiz) və “Microsoft” (2,49 faiz) şirkətləri tutacaq. Diqqətəlayiqdir ki, “eMarketer” reklam gəlirləri üzrə “Microsoft”, “Facebook” və “Amazon” şirkətlərinin illik proqnozunu iyunla müqayisədə artırıb.

Aysel Kərimova






30 Avqust, 2013  15:44 Baxılıb: 1288 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner