Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sabirabadda sakinlər yoxlanılır

Yeddi nəfərin həbs edildiyi haqda məlumatlar var

Sabirabadda 7 nəfər həb edilib. Sabirabadın kəndlərinin sakinləri rayon mərkəzinə xüsusi yoxlama ilə buraxılırlar. Hazırda Sabirabadda olan Razi Abasbəyli bildirib. Onun sözlərinə görə, yaranmış vəziyyətə səbəb son zamanlar rayonun Cavad kənd sakinlərinin kifayət qədər aktivləşməsi olub. O, bildirib ki, dünən axşam saat 8 radələrində Sabirabad rayon mərkəzindəki çayxanada iki nəfər - Tofiq Zeynallı və Zaur Ağayev həbs ediliblər. Həbs edilənlərdən Zaur Ağayevin cibindən isə rayonun Cavad kənd sakinlərinin şikayət məktubu çıxıb. Məktubda problemlərinin həll edilməyəcəyi təqdirdə sakinlər aksiyalara başlayacaqlarını bildiriblər: “Daha sonra isə rayonda təşvişə düşən icra hakimiyyəti polisə bütün siyasi aktiv insanların həbs edilməsi barədə göstəriş verib. Səhər saatlarında Alim Əliyev və Elman Mirzəyev də həbs edilərək bölməyə aparılıblar. Hələ də onların taleyi barədə heç bir məlumat almaq mümkün deyil. Daha sonra isə Sahib Rüstəmli və digər şəxslər də həbs edilərək polis bölməsinə aparılıb və bir saatdan sonra mitinq keçirməməklə bağlı hədə-qorxu gəlinərək buraxılıb”. 

R. Abasbəyli deyib ki, rayonda fövqəladə vəziyyət yaranıb: “100-ə yaxın polis əməkdaşını rayona gətiriblər. Xüsusilə də Cavad kəndinin sakinlərini rayon mərkəzinə xüsusi yoxlama ilə buraxırlar. Bu da insanların ciddi narazılıqlarına səbəb olur. Məsələnin kökü isə rayon mərkəzi ilə bəzi kəndləri ayıran Kür çayı üzərindəki körpü problemi ilə bağlıdır. Onların bu problemi ilə bağlı lazımi ünvanlara müraciətlər yollanıb. Düşünürük ki, daha sivil formada problemlərin həllinə nail olaq. Əlbəttə ki, əgər yenə də əlaqədar qurumlar və vəzifəli şəxslər 50 minə yaxın əhalisi olan 7 kəndin əhalisinin müraciətinə məhəl qoymasa etiraz aksiyaları da qaçılmaz olacaq”.

Məsələ ilə bağlı Simsar.az-a açıqlama verən rayon polis şöbəsinin rəis müavini Zülfü İsayev yayılan məlumatların şayiə olduğunu deyib. Onun sözlərinə görə, Sbirabadda heç bir gərginlik yoxdur, heç kəs də həbs edilməyib. Rəis müavini həmçinin rayona polis qüvvələrinin cəlb edilməsinin də düzgün olmadığını bildrib. O, hər eyin öz axarı ilə davam etdiyini vurğulayıb.






10 Fevral, 2011  19:45 Baxılıb: 1712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner