Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnternetdən xilas olmağın yeni üsülü

Yaponiyada internet asılılığı olan uşaqlar üçün düşərgələr açılacaq

 Simsar.az xəbər verir ki, Yaponiyada 12-18 yaş arasında 500 mindən çox uşaq internet asılılığından əziyyət çəkir. Ölkənin təhsil naziri hesab edir ki, problemin həlli üçün lazımi addımların atılması vaxtı gəlib çatıb, çünki internetə aludə olan uşaqların sayı durmadan artır.

Gələn il ölkə hakimiyyəti bununla bağlı öncə araşdırma aparmaq, daha sonra əldə olunan nəticələr əsasında mütəxəssislər tərəfindən məktəblilərin reabilitasiyası üzrə proqram hazırlamaq niyyətindədir. “Bizim məqsədimiz uşaqları virtual dünyadan uzaqlaşdırmaq və onlara real dünyada ünsiyyət yaratmaqda kömək etməkdir”, - Yaponiya Təhsil Nazirliyinin nümayəndəsi Akifumi Sekine deyib.

Bu məqsədlə uşaqlar üçün internetdən istifadənin qadağan ediləcəyi xüsusi düşərgə və təlim mərkəzləri təşkil oluna bilər. Onlara idmanla məşğul olmaq və ya həmyaşıdları ilə oyun oynamaq təklif olunacaq. Fizioterapevt və psixoloqlar onlara real həyata qayıtmaqda yardımçı olacaqlar, bu isə əksər hallarda heç də asan olmayacaq.

Aynur Bayramova






28 Avqust, 2013  13:49 Baxılıb: 1062 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner