Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yenə mobil telefonlar bir addım öndə

İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlərdə mobil telefon rabitəsi üstünlük təşkil edir

Simsar.az xəbər verir ki, 2012-ci ildə informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlərdə mobil telefon rabitəsi üstünlük təşkil edir və sözügedən gəlirlər 60,6 % -ni əhatə edir. İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlirin quruluşu göstərir ki, ötən il şəhərlərarası və beynəlxalq telefon zəngləri üzrə gəlirlər 16,1 %, internet üzrə 6,0 %, şəhər-kənd telefon rabitəsi üzrə 3,8 %, radio və televerilişlərin translyasiya edilməsi üzrə 3,1 %, proqram təminatının işlənməsi və bu sahədə məsləhətlər üzrə 2,5 %, nəşriyyat fəaliyyəti üzrə 1,3 %, digər xidmətlər isə 6,6 % təşkil edir.

Bu məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan “Azərbaycanda telekommunikasiya və poçt” statistika məcmuəsində yer alıb.
Məcmuədə ölkə rabitəsinin vəziyyətini, onun inkişaf dinamikasını izləməyə imkan verən statistika məlumatları verilib. Rabitənin infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün MDB ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilib.

Məcmuədə informasiya və rabitə, poçt xidmətləri, televiziya və radiorabitə, qeyri-dövlət sektorunun inkişafı, rabitə müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq əməkhaqqı, ölkənin regionları üzrə rabitənin vəziyyəti, əhalinin telefon təminatı haqqında məlumatları və rabitənin digər əsas məlumatları əhatə olunur. Komitədən qeyd edilib ki, yeni -“İqtisadi fəaliyyət növləri təsnifatı”nın 3-cü versiyasının tətbiqi ilə bağlı rabitə statistikası sahələrində bir sıra dəyişikliklər baş verib:

“İqtisadi fəaliyyət növləri təsnifatının əvvəlki versiyası üzrə “Nəqliyyat və rabitə” seksiyasında əhatə olunan telekommunikasiya və poçt fəaliyyəti yeni təsnifat üzrə fərqli seksiyalarda cəmləşib. Poçt fəaliyyəti “Nəqliyyat və anbar təsərrüfatı” fəaliyyətinə aid edilib, yeni “İnformasiya və rabitə” seksiyasında isə müxtəlif informasiya texnologiyaları xidmətləri və telekommunikasiya fəaliyyəti əhatə olunub. Keçən məcmuədə bu amillər nəzərə alınıb, bununla yanaşı, istifadəçilərin tələbatı nəzərə alınaraq poçt fəaliyyəti də məcmuədə əks etdirilib”.

Aynur Bayramova






27 Avqust, 2013  13:55 Baxılıb: 1166 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner