Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İranda porno yayan 2 nəfər edam ediləcək

İranın baş prokuroru Abbas Cəfəri Dolatabadi yerli mətbuata açıqlamasında yaxın günlərdə pornoqrafik saytların iki sistem administratorunun edam ediləcəyini bildirib.

Dolatabadi yerli məhkəmələrin çıxartdığı ölüm hökmünün təsdiq üçün Ali Məhkəməyə göndərildiyini vurğulayıb.

Barəsində ölüm hökmü çıxarılanlardan biri - Kanadada yaşayan İran vətəndaşı Səid Məlikpur 2 il əvvəl Tehran hava limanında təyyarədən düşən kimi tutulub. O, İran televiziyası ilə çıxışında cinayətlərini etiraf edib. Amma az sonra həbsxanadan göndərdiyi məktubda televiziyadakı çıxışını təkzib edib.

O, 2008-ci ilin oktyabrında müstəntiqin yanına aparıldığını, lüt soyundurulduğunu və gözlərinin bağlandığını bildirib: “Mənə dedilər ki, etirafla çıxış etməsəm, məni şüşə butulka ilə zorlayacaqlar. Bundan sonra bir neçə nəfər mənim başımdan və çiynimdən qamçı ilə vurdu. Məni hətta kabellə və yumruqla da döyürdülər. Beləcə, məni vacib rolu oynamağa məcbur etdilər”.

Qeyd edək ki, son ay ərzində İranda 121 nəfər edam edilib.






10 Fevral, 2011  15:41 Baxılıb: 2047 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner