Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İT mütəxəssisləri bunu bacardı

1

Polşanın İT mütəxəssisləri tam məxfilik şəraitində 38 milyon vətəndaşın şəxsi məlumatlarının olduğu serverləri yeni yerə köçürüblər. Simsar.az-ın məlumatına görə, serverlərin daşınması 150 nəfərin iştirakı ilə 3 gün davam edib. Əməliyyat zamanı gözlənilməz halların, o cümlədən serverlərdə mümkün nasazlıqların baş verə biləcəyindən ehtiyatlanan mütəxəssislər məlumatların 6 ehtiyat nüsxəsini hazırlayıblar. İnformasiyanın təhlükəsizliyini hökumətin Mühafizə İdarəsinin gücləndirilmiş dəstələri təmin edib. Serverlərin yeni yeri naməlumdur. Serverlərdə “PESEL” identifikasiya nömrələri informasiya sistemi saxlanılıb. “PESEL”-də vətəndaşların pasport və onların sağlamlıq vəziyyəti barədə informasiya daxil olmaqla hər bir polşalı haqqında məlumat var. Ekspertlərin bildirdiyinə görə, serverlər köçürülməmişdən əvvəl məlumatların itirilməsi riski böyük olub. Belə ki, əvvəlki yerdə elektrik və kondisioner sistemində problemlər yaranıb, avadanlıq isə köhnə olub. Polşa Daxili İşlər Nazirliyinin informasiya mərkəzinin direktoru Bonç Tomaşevskinin sözlərinə görə, elementlərdən birində qəzanın baş verməsi böyük fəsadlara səbəb ola bilərdi. Avadanlığın köçürülməsi üzrə əməliyyat isə 3 aya hazırlanıb.

Aysel Kərimova






23 Avqust, 2013  17:00 Baxılıb: 1090 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner