Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Google” xəritələrə də məlumat verəcək

1

Simsar.az xəbər verir ki, “Android” və “iOS” əməliyyat sistemli mobil qurğular üçün “Google Maps” mobil əlavə istifadəçiləri indi “Waze” sosial naviqasiya əlavəsinin məlumatlarından yararlana biləcək. “Google Maps” rəsmi bloqunun məlumatına görə, şirkət “Waze”in məlumatlarını öz xəritəsi ilə inteqrasiya etmək qərarına gəlib. İndi “Google” xəritələrindən yararlanan istifadəçilər real vaxt rejimində tıxac, hərəkətin dayanması, yol işləri və yol nəqliyyat hadisələri haqqında "Waze” istifadəçiləri tərəfindən əlavə olunan məlumatları görə bilmək imkanı əldə ediblər. “Google”un mobil versiya xəritələrindəki yeni məlumatlardan ABŞ, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya, eləcə də bəzi Cənubi Amerika ölkələrinin istifadəçiləri yararlana biləcək.
Qeyd edək ki, mənzil-qərargahı İsraildə yerləşən "Waze” servisi “Android”, “iOS” və “Windows Phone” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfon sahiblərinə real vaxt rejimində avtomobil yollarında vəziyyəti izləməyə və bundan asılı olaraq təyinat məntəqəsinə marşrutu müəyyənləşdirməyə imkan verir. Bu ilin iyununda “Google” tərəfindən 1 milyard dollara satın alınan servisin xidmətlərindən daima dünyada ümumilikdə təxminən 50 milyon istifadəçi yararlanır.

Aysel Kərimova






22 Avqust, 2013  15:27 Baxılıb: 1101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner