Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Birincilik yenə “Facebook”-dadır

“Facebook” insanların internetə qoşulması üzrə qlobal layihəyə başçılıq edəcək

Simsar.az xəbər verir ki, dünyanın nəhəng “Facebook” sosial şəbəkəsi texnoloji bazarın daha altı liderinin iştirakı ilə məqsədi dünya miqyasında internetə çıxışda fərqliliyi azaltmaq və şəbəkəyə çıxış imkanına hələlik malik olmayan dörd milyon insanın qoşulmasına kömək etmək olan təşəbbüsə rəhbərlik edəcək. Bu barədə “Facebook”un saytında yerləşdirilən məlumatda deyilir.  

“Internet.org” adlanan layihədə “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” sirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.
“Facebook” şirkətinin rəhbəri Mark Sukerberqin sözlərinə görə, layihə yaradıcıları daha çox tərəfdaş cəlb etməyi planlaşdırır.

“İnkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var. “Interget.org” bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək”, - M.Sukerberq bildirib.


“Facebook”un qiymətləndirməsinə görə, yalnız 2,7 milyard insan – dünya əhalisinin üçdə biri internetə çıxış imkanına malikdir. Halbuki çıxışın nüfuzu ildə 9 faiz artır. M.Sukerberq əlavə edib ki, sosial şəbəkə internetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdı.

Şirkətlər telefonlar üçün əlavələri sadələşdirmək, mobil qurğuların komponentlərini və rabitə şəbəkələrini yaxşılaşdırmaq niyyətindədirlər ki, onlar az elektrik enerjisi sərfiyyatı ilə daha çox məlumatlar ötürə bilsinlər. Konsorsium həmçinin inkişaf etməkdə olan ölkələrdə internet üçün tarif planlarını daha əlverişli etmək məqsədilə mobil operator və hökumətlərlə qarşılıqlı fəaliyyət göstərmək əzmindədir.

Aynur Bayramova






21 Avqust, 2013  21:17 Baxılıb: 1004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner