Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Apple”-dan yenilik – 3D

Simsar.az xəbər verir ki, “Apple” şirkəti ekranda “3D” obyektlərinin əl hərəkətləri ilə idarə olunması üsulunu təsvir edən “Working with 3D objects” patentini rəsmiləşdirib.

8 232 990 nömrəli patent hüququ “2D” və “3D” formatlı obyektlərin əl hərəkətləri ilə idarə olunması üsulunu təsvir edir. Nümunə kimi qurğu qarşısında barmaqla manipulyasiya etməklə ekranda ən adi təsvirlərin həcmli təsvirlərə çevrilməsi üsulu göstərilir. Görüntünü “2D” formatından “3D” formatına çevirmək üçün təsvirə eyni vaxtda üç barmaqla toxunmaq və onu yuxarı tərəfə çəkmək kifayət edir. Sonra əldə olunan “3D” obyektini ekran qarşısında əl hərəkətləri ilə idarə etmək, yerini dəyişdirmək, kiçiltmək və ya genəltmək mümkündür.  
Patentdə qeyd olunduğuna görə, bu üsuldan avtomatlaşdırılmış layihələndirmə sistemlərində (CAD) istifadə edərək istənilən mürəkkəb obyektlərin modellərini yaratmağa imkan verən müvafiq alətlər paneli ilə tamamlamaq lazımdır.
“3D” formatlı obyektlərin əks etdirilmə üsulu istənilən mövcud texnologiyada, o cümlədən həm stereoskopik ekranda, həm də polyarlaşdırılmış “3D” eynəklərin istifadəsini tələb edən ekranda yaradıla bilər.

Aynur Bayramova








21 Avqust, 2013  16:03 Baxılıb: 1089 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner