Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycan Nəqliyyat Nazirliyinin bir neçə əməkdaşı barəsində cinayət işi başlanıb

Baş Prokurorluğun yaydıg məlumata görə Azərbaycan Nəqliyyat Nazirliyinin bir neçə əməkdaşı barəsində cinayət işi başlanıb.

SalamNews xəbər verir ki, Baş Prokurorluğun rəsmi internet səhifəsinə yer alan məlumatda deyilir:

«Azərnəqliyyatekspedisiya» İstehsalat Birliyinə məxsus «Nexia» markalı 90 AN 897 dövlət qeydiyyat nişanlı avtomaşında xidmət aparmış agent-ekspeditorlar Əliyev Taleh Zakir oğlu, Möhbəliyev Elnur Seyfulla oğlu, müfəttişlər Qurbanov Nazim Şamil oğlu və Hümbətəliyev Tariyel Zal oğlu 1 fevral 2011-ci il tarixdə saat 10 radələrində Cəfərov Firudin Aydın oğlunun idarə etdiyi özünə məxsus «QAZ-33021» markalı, 85 BE 287 dövlət qeydiyyat nişanlı yük avtomaşınını Suraxanı-Qaraçuxur avtomobil yolunda əmtəə-nəqliyyat qaiməsinin olub-olmamasını yoxlamaq məqsədi ilə saxladaraq, özlərini təqdim etmədən sürücüdən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini alıb özü ilə aparmaq istəyərkən Fürudin Cəfərov buna etirazını bildirdiyinə görə ona qarşı zor tətbiq edərək bədən xəsarətləri yetirmişlər.

Bundan başqa, həmin tarixdə «Bakısərnişinnəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus «Fiat» markalı 90 AL 863 dövlət qeydiyyat nişanlı avtomaşında xidmət aparmış nəzarətçi Mirzəyev Taleh Xaliq oğlu və müfəttiş Məmmədov Sahib Hüseyn oğlu sürücü Hümmətov Qalib Ağaməmməd oğlunun idarə etdiyi «KİA» markalı, 10 EH 382 dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhəri, Heydər Əliyev prospektində saxladaraq sürücüyə qarşı zor tətbiq edib bədən xəsarətləri yetirərək avtomaşının nömrə nişanını açmış, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini avtomaşının salonundan götürüb aparmışlar.

Beləliklə, «Azərnəqliyyatekspedisiya» İstehsalat Birliyi və «Bakısərnişinnəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı»nın tətbiq edilməsi Qaydaların»a əsasən fərqlənmə nişanı olmayan nəqliyyat vasitələrini aşkar etdikdə onların qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün Vergilər Nazirliyinə rəsmi məlumat verməli olduğu, həmçinin təlimatlarına əsasən fərqlənmə nişanı olmayan nəqliyyat vasitələrini aşkar etdikdə bu barədə akt tərtib etməli olduqları halda, qanun pozuntusuna yol vermiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını açmaq, sürücülərin və nəqliyyat vasitələrinin sənədlərini almaq səlahiyyətinə malik olmamalarına baxmayaraq, mövcud qaydaların və təlimatın tələblərini pozmaqla, zor tətbiq edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslər - Firudin Cəfərov və Qalib Hümmətovun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşlar.

«Azərnəqliyyatekspedisiya» İstehsalat Birliyi və «Bakısərnişinnəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsinin əlamətləri olduğundan barələrində 8 fevral 2011-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanılmış və istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.






10 Fevral, 2011  01:00 Baxılıb: 1832 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner