Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ən çox virus riski MDB ölkələrindədir

1

Simsar.az xəbər verir ki, 2013-cü ilin ikinci rübündə virusla rastlaşan internet istifadəçilərinin payı üzrə ilk onluğu MDB ölkələri və Vyetnam təşkil edir.

Siyahıda ilk yeri 53,9 faiz internet istifadəçisinin zərərli proqramlarla üzləşdiyi Ermənistan tutur. İkinci yerdə Rusiya (52,9 faiz), üçüncüdə Qazaxıstan (52,82 faiz) qərarlaşıb.
İnternetdə viruslarla üzləşən istifadəçi payının 20 faizdən az olduğu ən təhlükəsiz ölkələr siyahısında 52 ölkə yer alıb. Bu ölkələrin əksəriyyəti internetin zəif inkişaf etdiyi Afrikada yerləşir. İstisnanı yalnız Danimarka (18,6 faiz) və Yaponiya (18,1 faiz) təşkil edir.
ABŞ və Kanadanın internet istifadəçiləri orta riskli qrupa daxildir. Onların 20-30 faizi virusla qarşılaşıb.

2013-cü ilin ikinci rübündə zərərli proqramların yükləndiyi hostinqlərin yerləşdiyi ölkələr reytinqinin ilk iki pilləsində dəyişiklik baş verməyib. Zərərli proqramların ümumi sayının payı üzrə birinci yeri 24,4 faizlə ABŞ, ikinci yeri Rusiya (20,7 faiz) tutur. Birinci rübdə bu göstəricilər müvafiq olaraq 25,1 və 19,2 faiz səviyyəsində olub. İkinci rübdə üçüncü yerə Niderlandı (12,1 faiz) sıxışdıran Almaniya (14,5 faiz) yüksəlib.
Kompüterlərin yoluxma səviyyəsinə görə birinci yeri Vyetnam (59,8 faiz), ikincini Banqladeş (58,66 faiz), üçüncünü Nepal (54,2 faiz) tutur. Virusa daha az yoluxan kompüterlərə Yaponiya (9,01 faiz), Danimarka (9,72 faiz) və Finlandiya (11,83 faiz) istifadəçiləri malikdir.

Aynur Bayramova






16 Avqust, 2013  14:40 Baxılıb: 1060 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner