Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Facebook insanları bədbinləşdirir

1

“Facebook” sosial şəbəkəsindən istifadə insanlara daima əlaqədə olmaq təəssüratı yaratmaqda kömək etsə də, onları xoşbəxt etmir. Bu barədə ABŞ alimlərinin “PLOS ONE” jurnalında dərc edilən tədqiqatında deyilir. Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə Miçiqan Universiteti tədqiqatçılarının məlumatına görə, insan sosial şəbəkədə nə qədər vaxt keçirirsə, bir o qədər şəxsi həyatından narazı qalır, yüzlərlə virtual əlaqə saxlamaqla özünü xoşbəxt hiss etmir.
Araşdırma zamanı alimlər smartfon vasitəsilə öz səhifəsinə çıxışa malik yetkinlik yaşına çatmış 82 “Facebook” istifadəçisi arasında sorğu keçiriblər. Müəlliflər müxtəlif vaxtlarda olmaqla gündə 5 dəfə könüllülərə “Hazırda özünü necə hiss edirsən?”, “Hazırda həyəcanlısan?”, “Hazırda özünü tənha hiss edirsən?”, “Bizim son sorğumuzdan sonra səhifənə tez-tez daxil olmusan?”, “Son sorğudan sonra insanlarla tez-tez ünsiyyətdə olmusan?” sualları ilə müraciət ediblər.
Müəlliflər iştirakçılardan tədqiqatdan əvvəl və sonra şəxsi həyatlarından razı olub-olmamasını qiymətləndirməyi xahiş edərək insanlarda “Facebook”dan nə qədər çox istifadə etdikdə, bir o qədər rifah halının aşağı olmasını aşkar ediblər. Lakin bununla yanaşı, sınaq iştirakçılarının insanlarla üz-üzə və ya telefonla ünsiyyətinin əhval-ruhiyyəni yaxşılaşdırması da müəyyənləşib. Müəlliflər hesab edirlər ki, onların araşdırmadan sonra gəldikləri qənaəti yalnız insanın özünü pis və ya tənha hiss etməsi zamanı sosial şəbəkədən tez-tez istifadəsi ilə izah etmək olmaz.

Aysel Kərimova






15 Avqust, 2013  20:08 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner