Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Twitter” istifadəçilərinə şad xəbər

/

Simsar.az xəbər verir ki, “Twitter”də təhqiramiz şərhləri şikayət etmək mümkün olub. “Twitter” mikrobloqlar servisi təhqiramiz şərhlər üçün şikayət düyməsini işə salıb. Düymə bilavasitə məlumatların altında yerləşir və “Twitter” istifadəçilərinin artıq servis inzibatçısına şikayət etməyə imkan verdiyi dəstək servisini tamamlayır. Bu barədə şirkətin məlumatında deyilir.

Düymə Böyük Britaniya parlamentinin bir sıra qadın üzvlərinin iyulun sonunda “Twitter”də ünvanlarına təhdid və təhqiramiz məlumatlar aldıqdan sonra yaradılıb. Servisin Böyük Britaniyadakı baş meneceri Toni Uonq insidentlə bağlı parlamentarilərdən şəxsən üzr istəyib. “Onların aldıqları təhqiramiz məlumatlar həm real həyatda, həm də “Twitter”də yolverilməzdir, - o bəyan edib.

İnsidentə reaksiya verən servis rəhbərliyi şərhlərin altında məlumatdan şikayət etməyə imkan verən düyməni istifadəyə verib. Düymədən hələlik yalnız “Twitter”in “iOS” sistemli qurğuları üçün əlavəsində, eləcə də servisin mobil versiyasında istifadə etmək mümkündür. Növbəti aydan analoji funksiya “Android” əlavədə və əsas “Twitter.com” saytında da yer alacaq.

Bundan başqa, “Twitter” rəhbərliyi servis istifadəçilərinin davranış qaydalarını yeniləyərək nəyə icazə verilmədiyini izah edib. Belə ki, digər “Twitter” istifadəçilərini şəxsən təhdid edən və ya kollektiv hücumlarda iştirak edən istifadəçilər servisdən yararlanmaqdan birdəfəlik məhrum ola bilərlər.

Aynur Bayramova






6 Avqust, 2013  14:09 Baxılıb: 1048 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner