Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bu il bütün məktəblər internetlə təmin olunacaq

Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə elektron təhsil həllərinin tətbiqinin genişləndirib

Simsar.az RİTN-ə istinadən xəbər verir ki, bu sahədə aparılan işlərin bir istiqaməti kimi cari ilin sonuna qədər bütün məktəblərin internetlə əhatə olunması nəzərdə tutulur. 

Məktəblərin İKT ilə təminatı üzrə mövcud vəziyyətə gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Azərbaycanda kompüteri olan məktəblərin sayı 3897, o cümlədən şəhər üzrə 1108, kənd üzrə 2789 olub.

Kompüteri olan məktəblərin bütün məktəblərdə payı 87.2 faiz, o cümlədən şəhər üzrə 96.2 faiz, kənd üzrə 84.1 faiz təşkil edib. Orta hesabla bir kompüterə düşən şagirdlərin sayı ötən ildə ölkə üzrə 28, o cümlədən şəhər üzrə 26, kənd üzrə 31 nəfər olub.

Telefonla təmin olunan məktəblərin bütün məktəblərdə payına gəlincə, ölkə üzrə bu göstərici 62.9 faiz, o cümlədən şəhər üzrə 84.5 faiz, kənd üzrə 55.4 faiz olub.

İnternetə çıxışı olan məktəblərin sayına gəlincə, belə məktəblərin sayı respublika üzrə 1884, o cümlədən şəhər üzrə 882, kənd üzrə 1002 olub.

Beləliklə, internetə çıxışı olan məktəblərin bütün məktəblərdə payı respublika üzrə 48.3 faiz, o cümlədən şəhər üzrə 79.6 faiz, kənd üzrə 35.9 faiz təşkil edib.






5 Avqust, 2013  17:10 Baxılıb: 1155 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner