Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bişkekdə Heydər Əliyev məktəbi tikilir

.

Bişkek meriyası və Azərbaycan hökuməti Qırğızıstan paytaxtında Azərbaycanın dəstəyi ilə məktəbin tikintisini nəzərdən keçirirlər. Simsar.az-ın CA-NEWS-a istinadən verdiyi məlumata görə, bu məsələyə Bişkek meri İsa Omurkulovun Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşündə toxunulub.
Omurkulovun sözlərinə görə, məktəb Heydər Əliyevin adını daşıyacaq. Təhsil müəssisəsi Bişkekin mərkəzində inşa ediləcək.
Bundan başqa, görüşdə Heydər Əliyev parkının yenidən qurulması və abadlaşdırılması məsələləri müzakirə edilib.
Hazırda iki ölkənin memarları parkın layihəsini və dizaynını hazırlayırlar. 10 hektar sahəsi olacaq park Cənub qapılarında yerləşir.
Bişkek meri bildirib: "Park paytaxt sakinləri və qonaqlarının istirahət edəcəyi məkan olacaq. İstirahət edənlərin Heydər Əliyevin həyatı ilə tanış olması üçün parkda informasiya stendləri quraşdırılacaq. Ümid edirik ki, bu park iki qardaş ölkənin dostluq münasibətlərinin inkişafına böyük töhfə verəcək".






31 İyul, 2013  20:51 Baxılıb: 1360 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner