Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazirliyə 13 miyon cihaz haqqında məlumat daxil edildi

ю

Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemi – mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətini davam etdirir.
Simsar.az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq sistemə 13 mln.-dan artıq cihaz haqqında məlumat daxil edilib. Mobil cihazların qeydiyyatının aparılması qaydaları 2011-ci ilin dekabr ayında Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. Mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) yaradılıb.
Mobil cihazların qeydiyyatı ilə texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınması, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması, telekommunikasiya bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradılması, qeyri-qanuni yollarla idxal edilən mobil cihazların və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısının alınması təmin edilir.

Aysel Kərimova






31 İyul, 2013  16:02 Baxılıb: 1014 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner