Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Smartfonlar əl hərəkətini oxuyacaqlar

ş

Simsar.az xəbər verir ki, 2013-cü ildə bazara çıxarılan smartfonların təxminən 12 faizi vizual əl hərəkətlərini başa düşəcək. Lakin "Apple" şirkətinin bu texnologiyadan yeni nəsil "iPhone" modelində istifadə edəcəyi hələ ki məlum deyil.

"ABI Research" analitik şirkətinin ekspertləri 2013-cü ildə aparıcı istehsalçıların diqqətini yönəldəcək smartfonların funksional xüsusiyyətlərinin siyahısını dərc ediblər. Siyahıda akselerometr, vizual əl hərəkətlərinin tanınması, giroskop və "NFC" texnologiyası yer alıb.

Əvvəllər ilk növbədə mobil ödənişlər üçün alət hesab edilən "NFC" texnologiyasına gəlincə, hazırda müqavilə əsasında istehsalla məşğul olan şirkətlər (OEM-istehsalçılar) texnologiyanın fotoşəkil, smartfon sahibinin hansı yerdə olması barədə məlumatın və digər informasiyaların mübadiləsi kimi başqa sahələrdə də tətbiqinin mümkünlüyünü müəyyən ediblər. "ABI Research" analitiklərinin fikrincə, burada reklam verənlər üçün geniş imkanlar açılır.

Analitiklər proqnozlaşdırırlar ki, yaxın 3 il ərzində bazara tədarük edilən hər ikinci smartfon "NFC"-ni dəstəkləyəcək və əl hərəkətlərini başa düşəcək, giroskop və akselerometr isə əksər rabitə vasitələri üçün normaya çevriləcək.

Aynur Bayramova






26 İyul, 2013  18:10 Baxılıb: 933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner