Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Son 5 ildə mobil sektorun gəlirləri açıqlandı

.

Son 5 il ərzində Azərbaycanda mobil sektor üzrə gəlirlər 1.3 dəfə, abunəçi bazası isə 1.5 dəfə artıb. 2012-ci ildə isə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 14.1% artaraq 1095.7 milyon ABŞ dollarına çatıb.

Simsar.az xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə, ölkənin İKT sektorunda mobil sahə təqribən 60%-lik xüsusi çəkiyə malikdir və dinamik inkişaf edir. Azərbaycanın mobil sektorunda GSM standartında 3 mobil operator fəaliyyət göstərir.

Mobil telefon rabitəsi xidmətləri ölkənin ərazisini tam əhatə edir və bu, regionda 100%-lik ilk nəticədir. Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110 ədəd təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən təqribən 15% çoxdur.

Mobil sahədə əldə olunan gəlirlər telekommunikasiya sektorunun 65.3%-ni təşkil edir. Mobil sektorda sağlam rəqabət mühitində aparılan tarif siyasəti və müştəri məmnunluğu üzrə fəaliyyət mobil qiymətlərin ilbəil aşağı düşməsinə səbəb olur. Əgər 2004-cü ildə bir mobil abunəçiyə düşən orta illik gəlir 145.8 ABŞ dolları təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 108.0 ABŞ dolları təşkil edib.

Eyni zamanda təhlillər göstərir ki, 2011-ci illə müqayisədə hər bir abunəçiyə düşən orta aylıq gəlir 12.8% artıb, bir dəqiqə mobil danışığın qiyməti isə 22.2% azalıb.

Qeyd edək ki, ölkənin mobil və İT sektoru tam özəl mülkiyyətə əsaslanır, sabit telekommunikasiya sahəsində olan 8 operatordan yalnız üçü ¬"Aztelekom" İB, BTRİB və Naxçıvan MR RİTN dövlətə məxsusdur.






16 İyul, 2013  15:24 Baxılıb: 955 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner