Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Hamilə Xuraman Şuşalı oğluna verəcəyi adı açıqladı

Ötən ilin yayında sevdiyi şəxslə ailə qurub subaylığa əlvida deyən populyar Azərbaycan estrada müğənnisi Xuraman Şuşalı böyük səbrsizliklə ilk körpəsinin dünyaya gəlməsini gözləyir.

Hamiləliyinin 5-ci ayını yaşayan müğənni Trend-ə açıqlamasında keçirdiyi analıq hislərinin ona verdiyi müsbət enerjidən danışıb: “İnanın həyatımda hər şey dəyişib. Sanki gün keçdikcə başqalaşıram. Cəmi dörd aydan sonra ana adını daşıyacam. Elə xoşbəxtəm ki. Allah bəd nəzərdən saxlasın. Bütün xanımlara, xüsusilə də yeni ailə qurub həsrətlə körpə gözləyən qadınlara hamiləlik sevinci yaşamağı arzulayıram. Sağ əlim onların başına!”

Söhbət əsnasında, müğənni dünyaya oğlan uşağı gətirəcəyini də oxucularımızın diqqətinə çatdırıb: “Bilənlər bilir, xəbəri olmayanlara da məlum olsun ki, mən bütün varlığımla İslam dininə bağlı olan bəndələrdənəm. İnşallah dünyaya gətirəcəyim oğluma verəcəyim adı dinimizin var olmasında Allahın elçiləri hesab edilən Məhəmməd (s.ə.s) peyğəmbərin, sonuncu imam Mehdi Sahib Əzzamanın (ə.s) adlarından götürmüşəm. Bu həm mənim, həm də həyat yoldaşımın qərarıdır ki, oğlumuzun adı Məhəmməd Mehdi olsun. Övladımın dünyaya gəldikdən sonra ailəsinə, torpağına layiqli oğul kimi yetişməsinə çalışacağıq. Allah bütün hamilə xanımlara kömək etsin, məni də onlardan ayırmasın!”

Hamilə Xuraman, əvvəlcə tərəddüd etsə də, sonda fikrini dəyişərək foto-kameramızın qarşısına keçməkdən imtina etməyib.






4 Fevral, 2011  19:52 Baxılıb: 2651 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner