Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Azərkosmos": “Yayım şüasının ən güclü hissəsi bizə baxır”

.

Bu fikirləri ictnews.az-a müsahibəsində "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Satış və marketinq şöbəsinin müdiri Firuz Süleymanov deyib. 

O bildirib ki, Azərbaycan üçün telekommunikasiya peykinin faydası ilk növbədə televiziya yayımındadır: "Bu gün əhalimiz maraqlarına uyğun populyar xarici kanallara baxmaqdan ötrü peykdən istifadə edərək bir, hətta iki və ya üç çanaq antena quraşdırmağa məcburdur. "Azərkosmos" olaraq artıq biz yeni imkanları reallaşdırmağa başlamışıq. Əhalinin diqqətini, marağını qazanmış istər yerli, istərsə xarici kanalları hazırda bir peykdə cəmləşdiririk”.

F. Süleymanov onu da əlavə edib ki, əgər xarici peyklərin yayım siqnallarını tutmaq üçün daha böyük ölçülü antena tələb olunurdusa, milli peykimiz bu tələbi də aradan qaldırır: "Yayım şüasının ən güclü hissəsi bizə baxır. Bu isə 1 metr 20 sm deyil, ondan daha kiçik ölçülü – 80 və ya 60 sm-lik antenanın quraşdırılmasına imkan verir. Bu da xüsusən eyvanlarda quraşdırılan antenaların yer azlığından yaratdığı darısqallığı aradan qaldıracaq".

F.Süleymanov indiyə qədər "Türksat" izləyiciləri olanlar üçün də maraqlı açıqlama verib. "Azerspace-1 ekvatorun üzərində Yerdən 36 000 km məsafədə Geostasionar orbitdə, 46° şərq uzunluğunda yerləşir. "Türksat" isə bizə yaxın məsafədə - 42°-də yerləşir. Ona görə də antenanı heç tərpətmədən, bütün sistemə əl vurmadan, sadəcə, ekranda bir neçə texniki parametri dəyişməklə, kanalları birbaşa "Azerspace-1"-ə yönləndirmək, kökləmək mümkündür. Əgər izləyici hələlik eyni anda həm milli peykdən, həm də antenadan istifadə etmək istəyərsə, o zaman antenanın başlığına ikinci əlavə başlıq da quraşdırmalıdır. "Reserver"də, yəni qəbuledicidə parametrləri daxil etməklə, həm türk peyki, həm də "Azerspace-1"-ə baxa bilirsiniz. Amma rus peykləri peykimizin əhatə dairəsindən uzaqda olduğu üçün antenaların fırlanmasına ehtiyac var".

ictnews.az






5 İyul, 2013  16:42 Baxılıb: 2043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner