Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MÜBARİZ ƏHMƏDOĞLU: “ONLAR ÇÖRƏYİNİ MÜHARİBƏDƏN ÇIXARANLARDI”

Politoloq Suriyada öldürülən və döyüşən əsgərlərdən danışıb.

Suriyada son əməliyyatlar zamanı Bəşər Əsəd hökumətinə qarşı müharibədə üsyançılar tərəfindən vuruşan 21 azərbaycanlı döyüşçünün öldürüldüyü bildirilir. Bu barədə Livanın "Əl-Mənar" telekanalı məlumat yayıb. Televiziyanın yaydığı məlumatda öldürülən döyüşçülərin siyahısı və gəldikləri ölkələrin adları da açıqlanıb. Həlak olanların əksəriyyəti Quseyrdə gedən döyüşlərdə və son təşkil olunan əməliyyatlarda öldürülüblər. 
Mövzu ilə əlaqədar politoloq Mübariz Əhmədoğlu Simsar.az-a açıqlamasında bildirib ki, Şimali Qafqazda vəziyyət gərgin olanda Səudiyyə Ərəbistanından Dağıstana, Çeçenistana vuruşmaq üçün vətəndaşlar gəlirdi. Bu xüsusi bir keçiddi. Onları döyüşlər üçün hazırlayan mərkəzlər var. Həmin mərkəzlər leqal sənədlər hazırlayırlar ki, vətəndaşlar sərhədlərdən rahat keçə bilsinlər. Hazırda müsəlman dünyasınada pulunu, çörəyini müharibədən çıxaran təbəqə yaranıb. Belçikada belə mərkəzlər mövcuddu. Suriya və Ərəb dövlətlərində vuruşmaq üçün qruplaşmalar hazırlanır. Döyüşən insanları milliyətinə görə ayırmaq lazım deyil. Bu hər bir kəsin fərdi məsələsidi. Hazırda dünyada ən böyük mübarizə din uğrundadı. İnsanların dinini əllərindən almağa çalışırlar. Amma hər kəs fərqli əqidəyə malikdi. Vuruşanların da əqidəsi odur ki, gedib döyüşürlər. Döyüşdə öldürülən azərbaycanlılar da Azərbaycan və Suriya münasibətlərinə heç bir xətər gətirə bilməz. Çünki Belçikadan, Çeçenistandan Suriyada gedib vuruşanların sayı azərbaycanlıların sayından çoxdur. Hamı bilir ki, Türkiyənin Suriya məsələlərinə mövqeyi necədi. Suriyaya döyüşçü axınına görə, Türkiyə hökuməti ölkə ərazisindən tranzit ölkə kimi istifadə etməyi qadağa etdi.
İndi Suriyada ikili vəziyyət yaranıb. Zaman keçdikcə hakimiyyətin mövqeyi güclənir. Bir qism insan ərəb ölkələrindən gələrək hakimiyyət tərəfdən vuruşur. Başqa ölkələrdən gələnlər isə müxalifət tərəfdən.
Mən inanmıram ki,Suriyada vuruşan azərbaycanlıların fəaliyyəti ayrıca bir xətt kimi Bəşər Əsəd hökumətinin diqqətini cəlnb etsin. Çünki həmin döyüşlərdə başqa dövlətlərdən gəlib vuruşanların sayı Azərbaycan vətəndaşlarından daha çoxdur. Bizim Suriyadakı hadisələrə mövqeyimiz də bəllidi. Bu, Bəşər Əsəd hökumətinin əleyhinə deyil.



Aysel Kərimova






13 İyun, 2013  16:55 Baxılıb: 1036 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner