Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili İnegöl Bələdiyyəsinin sədri ilə görüşdü

“Türkiyənin gücü, Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür”

Millət vəkili Qənirə Paşayeva İnegöl Bələdiyyəsinin sədri Alinur Aktaş ilə görüşüb. Qənirə Paşayeva Ertuğrul Qazi Dərnəyinin dəvəti ilə İnegöl şəhərində keçirilən Ertuğrul qazini anma ve İnegöl şənlikləri proqramında fəxri qonaq kimi iştirakından məmnuniyyətini ifadə edib. Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu deyən millət vəkili özünü qonaq yox, vətəndəki kimi hiss etdiyini vurğulayıb. 

Bursanın xüsusiliyindən danışarkən millət vəkili “Bursa hamımızın könlündə mənəvi paytaxtlarımızdandır. İnegöl də mənim üçün qiymətli bölgələrindən biridir. Ertuğrul Gazi dərnəyimizin varlığından da çox məmnun oldum. Çünki belə böyüklərimizin adlarını daşıyan və onların düşüncə missiyasını üzərinə götürən təşkilatlara ehtiyac var” deyib.

Q.Paşayeva “Türkiyənin gücü, Azərbaycanın, Azərbaycanın gücü, Türkiyənin gücüdür” deyə qeyd edib.

O, həmçinin Alinur Aktaşa İnegöl kimi iqtisadiyyatı inkişaf etmiş bir şəhərin Azərbaycandakı şəhərlərdən biri ilə hələ də qardaşlaşmamasına təəssüfləndiyini bildirib. Tovuz şəhəri ilə qardaşlaşmış şəhər olmaları təklifini verərək nəticədə dövlətlərlə yanaşı, bölgələrin də bu sahədə xeyli iş görə biləcəyinə inandığını söyləyib. Alinur Aktaş, hazırda 6 ölkənin şəhərləri ilə qardaşlaşdıqlarını, bu sıraya Azərbaycandan da bir şəhərin qatılmasından məmnun olacaqlarını dilə gətirib.

Sonda Q.Paşayeva A. Aktaşa Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materialları və həmmüəllifi olduğu kitabları hədiyyə edib. Q. Paşayevaya isə İnegöl şəhərinin tarixi ilə bağlı materiallar hədiyyə edilib.






13 İyun, 2013  16:34 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner