Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BEYNƏLXALQ NƏQLİYYAT SƏRGİSİ BAŞLADI

.

Böyük Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə Bakıda XII Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransCaspian-2013”) start götürüb.
Azerbaycanda infrastrukturun inkişafına şərait yaradan və tranzit yüklərin Azərbaycan ərazisindən istifadə etməklə cəlb olunması imkanlarının nümayişinə xidmət edən bu sərgi Qafqazda mühüm nəqliyyat forumu hesab olunur.

Bu il sozugedən sərgidə 19 ölkədən 90 şirkət iştirak edir. Ötən illə müqayisədə sərginin ekspozisiya meydançası 20% genişləndirilib və sərgi iştirakçılarının təxminən 40%-i “TransCaspian-2013” sərgisində öz məhsul və xidmətlərini ilk dəfə təqdim edən şirkətlərdir. Bu il keçirilən sərginin fərqli xüsusiyyəti isə öz meydançasını xeyli genişləndirərək iştirakçıların ümumi sayının 50%-ni təşkil edən xarici eksponentlərin fəal iştirakıdır. Belə ki, xarici eksponentlərin sırasına Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyadan olan şirkətlər daxildir. İsveç və Rumıniya sərgidə debüt edən iştirakçı ölkələrdir. Latviya milli stendi ardıcıl olaraq üçüncü ildir ki, sərgidə iştirak edir. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə həmçinin Azərbaycan Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti kimi Azərbaycanın dövlət nəqliyat strukturları da iştirak edir.

Qeyd edək ki, təsis edildiyi vaxtdan bəri “TransCaspian” sərgisi Azərbaycan Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən dəstəklənir.

Aqşin İbrahimi






13 İyun, 2013  16:14 Baxılıb: 819 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner