Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fizuli Ələkbərov Cenevrədə

.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdədir.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, sessiyada müasir dünyada qlobal xarakterli müxtəlif amillərin, o cümlədən demoqrafik və ətraf mühit dəyişikliklərinin əmək münasibətləri və sosial müdafiə sahəsinə yönələn qeyri-pozitiv təsirləri, bu təsirlər fonunda sosial ədalət prinsiplərinin, əmək bazarında sabitliyin qorunub saxlanılması üçün sosial partnyorluq imkanlarının inkişaf etdirilməsi, habelə məcburi uşaq əməyinin bütün formalarının aradan qaldırılması sahəsində əsrin çağırışları müzakirə olunur.

Tədbirdə BƏT-in baş direktorunun müvafiq sahədə mövcud vəziyyətlə bağlı həyata keçirilən sosial siyasət və İnzibati Şura sədrinin bir il ərzində görülmüş işlər barədə məruzələri, həmçinin yeni demoqrafik vəziyyətdə məşğulluq və sosial müdafiə, davamlı inkişaf və layiqli əmək, sosial dialoqun artan rolu üzrə hesabatları da nəzərdən keçirilir.

Səfər çərçivəsində nazir Fizuli Ələkbərovun BƏT-in baş direktoru Qay Rayder və təşkilatın digər rəhbər şəxsləri, sessiyada iştirak edən bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və sosial tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.






13 İyun, 2013  15:38 Baxılıb: 1407 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner