Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aydın Mirzəzadədən yeni təklif

“Azərbaycan universitetlərində erməni dili fakültəsi açılsın”

Bu təklifi Milli Məclisin deputatı Aydın Mirzəzadə facebook profilində verib. Millət vəkili bildirib ki, Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsi davam etməkdədir. “Qonşu dövlət Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğalda saxlayır və müharibə hələ bitməyib. İki dövlət arasındakı sərhədlər bu səbəbdən bağlıdır, işğal bitməyənə qədər hansısa bir iqtisadi və humanitar əlaqələrdən isə söhbət gedə bilməz. Bu həm Azərbaycan cəmiyyətinin, həm də iqtidarın qəti qərarıdır.

Müharibə və gərgin mübarizə təkcə cəbhə xəttində deyil, həmçinin ideoloji və təbliğat cəbhəsində də gedir. Ermənistan beynəlxalq aləmdə daima Azərbaycanla, Dağlıq Qarabağla bağlı dezinformasiya yaymaqda davam edir. Ancaq onun əsil siması rus, ingilis və digər xarici dillərdə gedən informasiyada deyil, erməni dilində çıxan informasiya vasitələrində, arxiv materiallarında, adi Ermənistan vətəndaşlarının mətbuatdakı çıxışlarında bilinir.

Bu baxımdan Azərbaycan universitetlərində erməni dili fakültələrinin açılması məqsədə uyğun olardı. Burada tək erməni dili və ədəbiyyatı deyil, onun tarixçilərinin dili ilə tarixi, erməni millətçilik ideologiyasının əsasları, iqtisadi çoğrafiyası, siyasi proseslərin gedişi də dərindən öyərnilə bilər. Fakültəni ermənistanşünaslıq fakültəsi də adlandırmaq olar”.

Simsar.az






13 İyun, 2013  15:13 Baxılıb: 881 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner