Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda hazırlanan nəzəriyyə amerikalı alimin diqqətini çəkdi

Oksford Universitetinin professoru Erik Dreksler ARDNŞ-nin Nanotexnologiyalar Departamentində olub

Oksford Universitetinin professoru Erik Dreksler ARDNŞ-nin Nanotexnologiyalar Departamentində olub. Tanınmış amerikalı alim, Oksford Universitetinin professoru Erik Dreksler ARDNŞ-nin Nanotexnologiyalar Departamentində elmi seminarda iştirak edib. ANS PRESS ARDNŞ-ə istinadən xəbər verir ki, amerikalı alim ARDNŞ-nin neft sənayesində nanotexnologiyaların tətbiqi istiqamətində əldə etdiyi nailiyyətlərlə tanış olub.

Neft-qaz sənayesində mövcud problemlərin həlli, neftçıxarmada neftvermə əmsalının yüksəlməsi, eləcə də hasilatda, qazmada və digər sahələrdə nanotexnologiyaların tətbiqi nəticəsində alınan effektlər barədə qonağa ətraflı məlumat verilib.

Departamentin mütəxəssisləri tərəfindən işlənmiş “Kiçik təsir və kiçik həyəcan effekti” nəzəriyyəsi əsasında tətbiqin reallaşdırılması alimin diqqətini xüsusi cəlb edib.

Görüşdə maye mexanikasının mühüm probemlərindən olan üç fazalı maye axımında yeni effektlərin yaranmasına dair müzakirələr aparılıb. E.Dreksler ARDNŞ-nin nanotexnologiya sahəsində həyata keçirdiyi işləri yüksək qiymətləndirib.






13 İyun, 2013  00:52 Baxılıb: 1001 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner