Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

FAZİL MUSTAFA: “DÖVLƏTDƏKİ QRUPLAR O QANUNUN QƏBULUNA İMKAN VERMƏZ”

/

Türkiyə prezidenti Abdulla Gülün ölkədə spirtli içkilərin satışını və reklamını tənzimləyəcək alkoqol haqqında qanunu təsdiq etməsi qonşu dövlətdə böyük əks-səda törətdi. Bir neçə Avropa ölkələrində və qardaş Türkiyədə tətbiqinə başlanan belə bir qanunun Azərbaycana da şamil olunub olunmayacağı maraqla gözlənilir. Təbii ki, sağlamlığa zərərini, gənclərə təsirini nəzərə alıb bunun qadağasına müsbət yanaşmaq olar. Lakin ölkənin digər qisminin məsələyə necə yanaşacağı da önəmlidir.
Bu və digər suallar çərçivəsində fikirlərini öyrənmək üçün Milli Məclisin deputatı Fazil Mustafa ilə əlaqə saxladıq. Fazil bəydən Milli Məclisdə bu mövzu barədə müzakirələrin getdiyini öyrəndik. “Dövlətdə olan lobbilər və bəzi qrupların belə bir qanunun qəbul olmasına imkan verməyəcəklərini düşünürəm. Ancaq yüksək səviyyədə siyasi iradə ortaya qoyularsa, onda bu mövzunu müzakirə etmək olar. Lakin indiki şərtlərdə bu real görülmür. Bu cəmiyyət üçün çox vacib qanundur. Avropada da, Türkiyyədə də bu qanun qəbul olunub. Çox təəssüf ki, Azərbaycanda belə bir qanunun qəbuluna şərait yoxdu. Kimlərsə öz bazarının məhdudlaşmasında maraqlı olmadığına görə, Azərbaycan xalqının zəhərlənməsinə razı olur.”
Fazil bəy daha sonra əlavə etdi ki, “qanun qəbul olunsa, əhalinin narazılığına səbəb olmaz, çünki bu cəmiyyətin sağlamlığı ilə bağlı bir məsələdir. Spirtli içkilər insan orqanizminə zərərlidir. Qanuna qarşı etiraz edənlər olsa belə, bu çox az hissəni əhatə edəcək.”

Turanə Zeynallı






12 İyun, 2013  22:02 Baxılıb: 1205 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner