Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanlı musiqiçilər İtaliyanı heyran edib

/

Azərbaycanlı fortepiano dueti İtaliyada müsabiqə laureatları olub. Simsar.az xəbər verir ki, İtaliyanın Bari şəhərinin yaxınlığındakı Coya Del Kolle qəsəbəsində Pyetro Arcento adına XVI beynəlxalq musiqi müsabiqəsi keçirilib. Müsabiqədə 25 ölkədən 150-dən çox musiqiçi iştirak edib.
Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi və İsveçrədə virtuoz pianoçular arasında birinci mükafata layiq görülmüş dosent Elnarə Kəbirlinskaya bu müsabiqədə ölkəmizin uğurla təmsil ediblər. Onların ifasında İ.Bramsın "Fa minor", A.Məlikovun "Skertso", S.Raxmaninovun "Romans" və "Tarantella" əsərləri səslənib.Azərbaycanlı musiqiçilərin fortepiano dueti tələbkar beynəlxalq münsiflər heyətini valeh edib.
Qeyd edək ki, münsiflər heyətinə Maykl Marvulli, Covanna Valente, Natalya İqumnova, Tahir Xsambeyev, Pavel Eliaşeviç və digər tanınmış musiqiçilər daxil olub. Azərbaycan fortepiano duetinə müsabiqənin laureatları kimi medallar təqdim edilib.

Aynur Bayramova






12 İyun, 2013  21:53 Baxılıb: 862 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner