Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəblərdə çipsi, saqqız və daha nələr satılmayacaq?

/

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən dövlət standartını təsdiq edib. Komitədən Simsar.az-a verilən məlumata görə təhsil müəssisələrində satışı qadağan olunan qidalar aşağıdakılardır:
İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu.
Bir gün əvvəl hazırlanmış qida.
Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.
Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.
İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla) .
İçalatı təmizlənməmiş quş.
Vəhşi heyvanların əti.
Suda üzən quşların yumurtası və əti.
Qabığı çirklənmiş yumurta, həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta
Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.
Termiki emala məruz qalmayan yaşıl noxud.
Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.
Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.
Kremli şirniyyat məmulatları (piroq və tortlar).
Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.
Ev şəraitində hazırlanmış qatıq.
Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).
Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.
Kənd təsərüffatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd.
Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.
Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.
Sirkə, xardal, qıtıqotu,istiotlu bibər və digər ( kəskin ) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.
İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.
Təbii kofe, alkoqollu, energetik içkilər.
Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.
Qazlaşdırılmış içkilər.
Bitki yağları əsasında süd məhsulları və dondurma.
Saqqız , çipslər.
Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları.
Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.
Yumurtalı makaronlar, qayğanaq.
Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.

Ülviyyə Cövdətqızı






12 İyun, 2013  21:53 Baxılıb: 893 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner