Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tanınmış sazbəndin xatirə gecəsi keçirilib - FOTOLAR

/

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sazbənd Usta Xudunun xatirə gecəsi keçirilib. Gecənin aparıcısı şair-publisist Əkbər Qoşalı, dövlətimizin mədəni sərvətlərinin, aşıq sənətinin qorunması və təbliği sahəsində gördüyü işlərdən söz açıb.

Gecənin təşkilatçısı olan “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva öz çıxışında respublikamızda milli sənətə, ümumən mədəniyyət və incəsənətin inkişafına verilən dövlət dəstəyi və aşıq sənətinin inkişafı ilə bağlı həyata keçirilən layihələrdən söz açıb.

Q.Paşayeva 72 yaşında dünyasını dəyişən Xudaverdi Mahmudovun xatirə gecəsinin keçirilməsini, ona həsr olunmuş “SAZBƏND... SAZA BƏND...” kitabının işıq üzü görməsini vəfa borcu adlandırıb.

Usta Xudunun hazırladığı sazların yalnız Azərbaycanda deyil, neçə-neçə xarici ölkədə də milli mədəniyyət nümunəsi olaraq muzeylərdə, şəxsi kolleksiyalarda, mədəniyyət ocaqlarında qorunduğunu qeyd edib. Millət vəkilinin çıxışından sonra Usta Xudunun övladı, Usta Fərman özü düzəltidyi sazı Q.Paşayevaya hədiyyə edib.
Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, professor-doktor Qəzənfər Paşayev, şair, Prezident təqaüdçüsü İlyas Tapdıq və səksəninci illərdə Tovuz rayonuna rəhbərlik etmiş ağsaqqal ictimai-siyasi xadim Aslan Nəsibov çıxış edərək, Usta Xudunun fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Gecədə ustad aşıqlar – Ədalət Nəsibov, Əli Ürfan (Quliyev), Mahmud Məmmədov, Əhliman Rəhimov, aşıqlar Gülarə Azaflı, Solmaz Kosyaeva, Aşıq Cahangir, Ədalət Dəlidağlı, Aşıq Zülfiyyə və başqaları çıxış ediblər.
Sonda Usta Xudunun ailəsi adından Arif Xuduoğlu gecənin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.


Ülviyyə Cövdətqızı

 

 






12 İyun, 2013  21:22 Baxılıb: 1237 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner