Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) indiyə kimi olmayan yeni şöbələr yaradılıb.



Simsar.az xəbər verir ki, bunu bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib. Vitse-prezident bildirib ki, yeni yaradılan şöbələrə innovasiya, analitik şöbə və digərləri daxildir.

İ. Həbibbəylinin sözlərinə görə, AMEA özünün islahatlar dövrünün başlanğıc mərhələsini yaşayır. Vitse-prezident qeyd edib ki, akademiyada artıq struktur islahatları başlayıb: “Müasir dövrün idarəetmə sistemlərinə uyğun yeni şöbələr yaradılıb. Amma bu proseslərə yalnız akademiyada yeni şöbələrin yaradılması kimi baxmaq lazım deyil. Akademiyada idarəetmə sistemi dəyişir. Bütün bunlar isə elmin inkişafına xidmət edəcək”.

İ.Həbibbəyli qeyd edib ki, akademiyada islahatlar bundan sonra davam edəcək və bütün institutları və elmi tədqiqat sahələrini əhatə edəcək. Hazırda bununla bağlı konkret plan hazırlanır.






12 İyun, 2013  19:30 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner