Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Madhuri Dikşit azərbaycanlı rəqqasəni tələbəsi adlandırdı

/

Məşhur hind aktrisası Madhuri Dikşit azərbaycanlı rəqqasə Oksana Rəsulova haqda danışıb. Aktrisa Azərbaycanın adını çəkərək rəqqasəmizin sənəti ilə bağlı yüksək fikirlər söyləyib. Hind rəqsinin kraliçası hətta Oksananı özünün layiqli tələbəsi belə adlandırıb. Bundan təsirlənən Oksana bildirib ki, bundan sonra kim onun sənəti haqda xoşagəlməz fikirlər söyləsə vecinə olmayacaq. Nədən ki, onun sənəti haqda dünya şöhrətli Madhuri fikir söylədikdən sonra deyilən başqa fikirlər onu ruhdan sala bilməz: “Bu günü də gördüm həyatımda. 21 il əvvəl məni hind rəqsinə valeh edən Madhuri Dikşiti elə o vaxtdan virtual da olsa sənət müəlliməm hesab etmişəm. O vaxtdan bu gözəl anı gözləmişəm və nəhayət arzuma çatdım”. Bu haqda simsar.az-a danışan rəqqasə Madhurinin Hindistanın NDTV kanalında onun haqqında dediyi sözləri eşidəndə sevindiyindən çox ağladığını vurğulayıb: “Təsəvvür etmirsiz, bu, mənim üçün necə böyük xoşbəxtlikdir. Madhuri onun saytına göndərilən minlərlə rəqs nömrələri içində bir tək mənim rəqsimi bəyənib. Qeyd edib ki, Oksana yeganə qızdır ki, öz tələbəb hesab edirəm. Hazırda Hindistanda onun şousu başlayıb. Menecerləri ilə danışıqlar gedir. Əgər qismət olsa, razılıq alınsa Hindistana yola düşəcəm və Madhurinin şousunda rəqs edəcəm. Onu canlı görmək, qarşısında rəqs etmək mənim üçün dünyalara bərabərdir”.


Azər






12 İyun, 2013  19:06 Baxılıb: 1910 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner