Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SƏLİM MÜSLÜMOV: «PENSİYALAR ARTACAQ» - FOTOLAR

ç

Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kəpəz Rayon Şöbəsində müşavirə keçirib. DSMF sədri öncə ümummilli lider Heydər Əliyevin abidəsini, daha sonra Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.
Vətəndaşları qəbul edən Səlim Müslümov qacqın və məcburi köçkünlərin problemlərini dinləyib. DSMF sədri Simsar.az-ın əməkdaşına açıqlamasında bildirib ki, qəbul davam edir. “Günün birinci yarısında 12 nəfəri qəbul etmişik. Şikayətlər əsasən müxtəlif dövrlərin staja daxil olması, təhsil müddəti, həbsdə yatıb-çıxmış şəxslərin həbs müddətinin staja daxil olması, dövlət müəssələrində işləmiş şəxslərə dövlət qulluqçusu statusu verilməsi və kolxozlarda baş verən yanğın hadisələri nəticəsində stajı təsdiq edən sənədlərin olmaması ilə bağlıdır. Biz onlara bu cür məsələlərdə həlli yolunu göstərdik”.

S.Müslümov pensiyaların düzgün hesablanmaları ilə bağlı müraciətin daxil olmadığını bildirib. “Yalnız sadaladığımız müraciətlər daxil olub ki, bu sahədə işlər görüləcək”.

Sonda sədr onu da qeyd edib ki, Cənab prezident İlham Əliyevin qərarı ilə DSMF-nin bazasında müvafiq vəsait nəzərdə tutulub ki, iyulun birindən artıq pensiyaların təxminən 15-20 % artması gözlənilir.

Cəmilə Kərim,
Simsar.az-ın bölgə müxbiri






12 İyun, 2013  18:23 Baxılıb: 2207 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner