Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

JURNALİSTİ DÖYƏN POLİSLƏR MƏSULİYYƏTƏ CƏLB EDİLƏCƏKMİ? – VİDEO

.

Bir neçə gün əvvəl Türkiyədəki hadisələrə dəstək olmaq üçün Bakıda keçirilən aksiyada jurnalist polis tərəfindən müxtəlif söyüşlərlə təhqir olunub və döyülür. Bu gün Daxili İşlər Nazirliyi həmin polislərin işdən qovulması ilə bağlı məlumat yayıldı. Ancaq həmin polislər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309 maddəsində göstərilən vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Simsar.az-a açıqlamasında bildirib ki, həmin polislər etdiyi hərəkətə görə Daxili İşlər Nazirliyindən qovulub. “Lakin cinayət məsuliyyətinə cəlb edilməyiblər. Çünki bunun üçün qarşı tərəfin şikayət ərizəsi verməsi lazımdır. Əgər qarşı tərəf şikayət edərsə, həmin polislər cinayət məsuliyyətinə cəlb edilə bilərlər”.
Ancaq tanınmış vəkil, hüquqşünas Aslan İsmayılov Simsar.az-a açıqlamasında bildirib ki, həmin jurnlaistlər şikayət ərizəsi ilə müraciət ediblər. “Bizdə isə yenə də işdən çıxarılma ənənəsi ilə həmin polislər işdən çıxarıldı, amma məsuliyyətə cəlb edilmədirlər. Baxmayaraq ki, ortada şikayət ərizəsi var”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309 maddəsində göstərilən vəzifə səlahiyyətlərini aşma maddəsinə görə, min manatdan iki min manatadək cərimə, bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və yaxud üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Elmar Hüseynov






12 İyun, 2013  18:13 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner