Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Macarıstandan damazlıq heyvanlar gətirilib

.

Simsar.az İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda müəyyənləşdirilmiş tapşırıqların icrası ilə əlaqədar müasir texnologiyaların tətbiqinə əsaslanan infrastruktur sahələri, yeni istehsal, emal müəssisələri yaradılır.

Belə sahələrdən biri müasir ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılmasıdır. Bu məqsədlə 14350 başlıq südlük və 3000 başlıq ətlik istiqamətli 13 heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 54 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına həyata keçirilən belə layihələrdən biri də Bərdə rayonunun Mehdili kəndində yerləşən "Qarabağ Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyətin tərkibinə tutumu 5 min ton olan soyuducu anbar, ət kəsimi fabriki, 2200 başlıq südlük və 2000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksi daxildir.
Bu günlərdə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə "Qarabağ Aqrar Sənaye Kompleksi" MMC-yə Macarıstandan yüksək genetik xüsusiyyətlərə malik, 200 baş südlük Holşteyn cinsindən olan damazlıq inəklər, 200 baş ətlik Şharole, Limuzin və Smental cinsindən olan danalar gətirilib. Növbəti mərhələdə əlavə 900 baş Simental cinsli damazlıq inəklərin gətirilməsi planlaşdırılır. İlin sonuna qədər kompleksə Macarıstandan gətirilən cins danaların sayı 10 minə çatdırılacaq.

Aysel Kərimova






12 İyun, 2013  15:43 Baxılıb: 1347 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner